xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Türkiyə və Ermənistan münasibətlərində ŞOK GƏLİŞMƏ: Rəsmən START VERİLDİ

Bugün, 15:30 1 dəfə baxılıb

Türkiyə və Ermənistan münasibətlərində ŞOK GƏLİŞMƏ: Rəsmən START VERİLDİ


Ermənistan və Türkiyə qarşılıqlı ticarətin birbaşa gömrük rəsmiləşdirilməsinə rəsmən start verib.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdəki çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, bura qədər iki ölkə arasında ticarət əməliyyatları texniki olaraq üçüncü dövlətlər üzərindən rəsmiləşdirilirdi.

Lakin malların fiziki daşınması hələ də əsasən Gürcüstan marşrutu ilə həyata keçirilir.

İrəvan və Ankara arasındakı təmasları "aktiv və məhsuldar" adlandıran Mirzoyan tərəflərin təhsil, tarixi abidələrin bərpası və biznes sahələrində əməkdaşlığı genişləndirdiyini diqqətə çatdırıb.

O, növbəti Ermənistan-Türkiyə biznes forumunun 2027-ci ilin əvvəlində Ermənistanda təşkil oluna biləcəyini qeyd edib.

Sərhədlərin açılması və diplomatik əlaqələrin bərpası məsələsinə də toxunan Ermənistan XİN rəhbəri prosesin artıq icra mərhələsinə çatdığını vurğulayıb:

"İstənilən an sərhədin açılması və diplomatik əlaqələrin qurulması istiqamətində addım ata bilərik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi