Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
22-04-2024, 10:16
45 dəfə baxılıb

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Roman Nağıyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Roman Nağıyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Roman Nağıyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Roman Nağıyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Roman Nağıyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Roman Nağıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Roman Nağıyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Roman Nağıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Roman Nağıyev özünü doğruldub. Bizdə hörmətli Roman Nağıyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Bakı Dərin Özüllər Zavodunun direktoru Roman Nağıyev - Hərb müstəvisində möhtəşəm qələbələr qazanaraq öz ərazi bütövlüyü, konstitusiya quruluşu və suverenliyini bərpa edən Azərbaycan diplomatik arenada Zəfərin fundamental əsaslarını möhkəmləndirir, regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edən ardıcıl nailiyyətlərə imza atır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin praqmatik xarici siyasəti, uzaqgörən və məqsədyönlü strateji kursu postmüharibə mərhələsində Azərbaycan dövlətinin bütün hədəflərinin gerçəkləşməsini mümkün edir. Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin ilkin mərhələsində Qazax rayonunun işğalda olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycan tərəfə qaytarılması barədə razılıq əldə olunması bu baxımdan xüsusi önəm daşıyan tarixi hadisədir.
Hazırkı dönəmdə Ermənistanın ölkəmizin ilkin şərtlərinə uyğun olaraq qeyri-anklav kəndlərimizi hər hansı hərbi məcburetmə tədbirlərinə ehtiyac duyulmadan - bir güllə atılmadan, dinc şəkildə təhvil verməsi Prezident İlham Əliyevin “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır” fikrinin əyani təsdiqi və real təzahürüdür. Bu, heç şübhəsiz, tarixi hərbi qələbənin fonunda böyük diplomatik uğurdur. Bununla, eyni zamanda, sərhəddə gərginliyə səbəb olacaq faktorlar aradan qaldırılır, delimitasiya və demarkasiya prosesi hər hansı süni müdaxilə olmadan davam etdirilir.
Bütün bu reallıqlar təsdiqləyir ki, Azərbaycan postmüharibə reallıqlarını qəbul etdirib, danışıqlar yeni gündəlik əsasında aparılır. Azərbaycan qətiyyətli mövqeyindən bir addım da geri çəkilmək niyyətində deyil. Belə prinsipial mövqeyin fonunda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması kimi məsələlərdə ölkəmizin təqdim etdiyi təkliflər baza prinsipləri kimi qəbul edilir, çünki beş prinsip beynəlxalq hüquq normalarına və sivil dəyərlərə əsaslanır. Yekun saziş isə ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. İki dövlət məhz Azərbaycanın təklif və təqdim etdiyi prinsiplər əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Bütövlükdə isə, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli siyasəti qarşıda duran digər strateji hədəflərə çatmağa imkan verəcək.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR