Yüksək keyfiyyətli xidmət
12-01-2024, 12:02
13 dəfə baxılıb

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - «AZ-EVRO TEL» MMC-nin direktoru Elman Həsənov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi «AZ-EVRO TEL» MMC-nin direktoru Elman Həsənovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Elman Həsənov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Elman Həsənov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
«AZ-EVRO TEL» MMC-nin direktoru Elman Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elman Həsənovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elman Həsənov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, «AZ-EVRO TEL» MMC-nin direktoru Elman Həsənova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
«AZ-EVRO TEL» telekommunikasiya şirkəti 1996-cı ildə yaranıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında yaradılan birgə müəssisələrin reyestrində 08 avgust 1995-ci il tərixində, 919 nömrəsi ilə dövlət qeydiyyatına alınmış «AzEuroTel» Birgə Müəssisənin (VÖEN 9900059321) çevrilməsi nəticəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsı İstehsalat Birliyinin tabeliyində (bundan sonra – BTRİB) yaradılan və «AzEuroTel» Birgə Müəssisənin hüquqi varisi olan «AZ-EVRO TEL» Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra – Cəmiyyət) öz fəaliyyətini Azərbaycan Respulikası Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu nizamnamə əsasında həyata keçirir.
«AZ-EVRO TEL» MMC rabitə operatorudur və korporativ və fərdi istifadəçilərə geniş telekommunikasiya xidmətləri spektrini təqdim edir :
— Telefoniya;
— İnternet xidmətləri;
— Məlumatların ötürülməsi;
— İP Televiziya;
— GPON texnologiyası;
«AZ-EVRO TEL» MMC Azərbaycan Respublikası Abşeron yarmadasını və Bakı şəhəri ərazisini əhatə edən özünə məxsus bazası əsasında təsbit olunmuş rabitə xidmətlərini təşkil edir.
«AZ-EVRO TEL» MMC-də hüquqi və fiziki şəxslərə şəhərlərarası telefon xidmətlərini göstərir. Bizim beynəlxalq və şəhərlərarası telefoniyamız optimal dəyəri və əla keyfiyyəti ilə fərqlənir. Biz qısa müddət ərzində sizin istəkləriniz əsasında ümumi istifadəli telefon xidmətlərinin təqdim edilməsi üzrə hazırlanmış fərdi həllər təklif edəcəyik.
«AZ-EVRO TEL» MMC-də əlavə xidmət sayını artırmaq imkanı var, və eləcədə Azərbaycanda və xaricdə fəaliyyət göstərən əlaqədar şirkətlərə telekommunukasiya sahəsində istənilən rabitə xidmətlərini göstərməyə hazırdır.
Bizim işimizin əsas prinsipləri yüksək səviyyəli xidmətlərin təminatıdır. MMC-nın son texnologiyalardan istifadə etməsi müxtəlif istiqamətlərdə (şəhər telefon rabitəsi, beynəlxalq və şəhərlərarası telefoniya) özəl və korporativ müştərilərə xidmət göstərməyə imkan verir.
Bizim üstünlüklərimiz :
— 15 ildən artıq telekommunikasiya xidmətlərinin göstərilməsində təcrübə;
— Geniş Telekommunikasiya xidmətləri və servis spektri;
— Yüksək keyfiyyətli xidmət;
— Xidmətlərin qoşulmasında və texniki məsələlərin həllində operativlik;
— Hər bir müştəriyə fərdi yanaşma;
— Müştərilərin ehtiyaclarının təmin edilməsinə kompleks yanaşma;
— 24 saat peşakar texniki dəstək.
MMC-in fəaliyyəti Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən verilmiş lisenziya (01.09.1996 il № 002) əsasında həyata keçirilir. «AZ-EVRO TEL» MMC rabitə qurğularının layihələndirilməsinə və quraşdırılmasına, televiziya və informasiya sistemlərinin siqnalizasiyasına dair lisenziya mövcudluğu fəaliyyət sahəsinin genişləndirilməsinə və şəbəkənin daxili inkişafı məsələlərinin daha surətli həll edilməsinə imkan yaradır.`
`

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR