Lətif Fərəcov: Azərbaycanın mədəniyyət paytaxtı Xankəndində qədim bayramımız olan Novruzun yenidən qeyd olunması böyük xoşbəxtlikdir
18-03-2024, 12:54
11 dəfə baxılıb

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Cəlilabad rayon 1 saylı notariat ofisi Lətif Fərəcov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Cəlilabad rayon 1 saylı notariat ofisi Lətif Fərəcov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Lətif Fərəcovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Lətif Fərəcov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Mübaliğəsiz demək olar ki, Cəlilabad rayon 1 saylı notariat ofisi Lətif Fərəcov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Cəlilabad rayon 1 saylı notariat ofisi Lətif Fərəcov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Lətif Fərəcov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Cəlilabad rayon 1 saylı notariat ofisi Lətif Fərəcov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Lətif Fərəcovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Lətif Fərəcov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Cəlilabad rayon 1 saylı notariat ofisi Lətif Fərəcov - Bu yaz başqa bir yazdır... Bu il yurdumuza gələn Novruz da başqa bir Novruzdur. Bu il Xankəndi və digər işğaldan azad olunan torpaqlarımız “Gəl, Bahar qoxulu, yaz ətirli Novruzum. Bu il artıq sinəmizdə bizə yad olan səslər, danışıqlar yoxdur, doğma Azərbaycan dilində gözəl musiqilər, nəğmələr dilə gəlir” - deyir...
Qəhrəman Azərbaycan Ordusunun 19 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarından sonra bu il ilk dəfə olaraq ərazi bütövlüyünü tamamilə bərpa edən Azərbaycanının bütün guşələrində Novruz bayramı böyük coşğu və sevinclə qeyd olunacaqdır. Uzun illər erməni separatçılarının və tör-töküntülərinin işğalı altında olan Qarabağa sanki bir bahar, yeni bir nəfəs gəlmişdir, Qarabağ illərdir həsrətində olduğu insanların öz yurdlarına qayıtması ilə yenidən dirçəlməyə başlamışdır.
XANKƏNDİNƏ, XOCALIYA, AĞDƏRƏYƏ, ƏSGƏRANA, XOCAVƏNDƏ NOVRUZ BAYRAMI XOŞ GÜNLƏR GƏTİRSİN!
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdıraraq işğal altında olan torpaqlarımızı şərəfli və şanlı Azərbaycan Ordusunun rəşadəti və döyüşkənliyi sayəsində işğaldan azad etdi. Artıq 4-cü ildir ki, Şuşada, Füzulidə, Ağdamda, Laçında, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda Novruz bayramı keçirilir, bu il isə Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və Əsgəranda işğal dövründən sonra ilk dəfə olaraq Novruz bayramı təntənəli şəkildə qeyd olunacaqdır.
2021-ci ildə cənab prezident İlham Əliyev Şuşa şəhərində, hər bir azərbaycanlı üçün əziz olan Cıdır düzündə qalanmış tonqalı alovlandıraraq həm işğaldan sonra ilk dəfə Qarabağ ərazisində Novruz bayramının keçirilməsində iştirak etmiş, həm də qalib xalqın Müzəffər Ali Baş Komandanı kimi qələbəmizi bir daha qürurla bütün dünyaya nümayiş etdirmişdi. Novruz bayramını bir gün Qarabağda qeyd edәcәklәrini illәrdir söylәdiyini xatırladan İlham Әliyev Şuşadakı çıxışında demişdi: ‘‘Hәmin gün gәldi. Bu gün Novruz bayramını ölkәmizin mәdәniyyәt paytaxtı olan Şuşada qeyd edirik. Bu tarixi hadisәdir. Bu, böyük xoşbәxtlikdir. Allah Azәrbaycan xalqının dualarını eşitdi. Biz Şuşa vә azad edilmiş bütün torpaqları bərpa edəcəyik. İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik.”
Bu görüntüləri izləmək hər bir azərbaycanlıda qürur, sevinc, fəxr hissi yaratmışdı. Nəhayət ki, Azərbaycan dövlətinin və xalqının arzusu gerçəkləşmiş, illərdir hər Novruz bayramında və digər bayramlarda edilən dualar, arzular həyata keçmişdi. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qədim bayramımız olan Novruzun yenidən qeyd olunması böyük xoşbəxtlikdir.
Bu il işğaldan azad olunan XANKƏNDİNDƏ Novruz bayramının keçirilməsini Qalib xalqın hər bir nümayəndəsi səbirsizliklə gözləyir. Tarixi torpaqlarımızda yenidən tonqallar qalanacaq, yenidən Novruz şənlikləri keçiriləcəkdir. Ötən il ekofəallarımız tərəfindən Laçın-Xankəndi yolunda Novruz ab-havası yaradılmış, qalanan tonqallarla ermənilərə bir daha mesaj vermişdik ki, tezliklə biz Xankəndinə də qayıdacağıq. Çox keçmədi ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Xankəndi şəhərində dalğalanmağa başladı, Xankəndi və Qarabağın digər əraziləri erməni separatçılarından tamamilə təmizləndi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirərək onun ruhunu bir daha şad etmiş oldu...
Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan qonşu dövlət olmaqla yanaşı, strateji tərəfdaşdır. Ölkəmizin öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.
Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq.
Nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridir.
Yaxın zamanlarda regionda mühüm logistik layihə yekunlaşacaq. Bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq. Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Hazırda Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir.
Gedişat göstərir ki, Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq.
Prezident İlham Əliyevin cari ilin 16 mart tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi, bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir
Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq. Yeni dünya düzənində Azərbaycanın enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq.
Zamanın tələbindən irəli gələn yeni layihələr üzərində işlər davamlı olaraq aparılır. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlayıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Buna böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. İlin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaq.
Bizim ticarət dövriyyəmiz artmaqdadır. Ticarət dövriyyəmiz artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb.
Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur.
Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir.
Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır. Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulub.
Ərazi bütövlüyü və suverenliyi ilə bağlı da hər iki ölkə bir-birinə qarşılıqlı dəstək verib. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək.
Ölkələrimiz arasında mütəmadi olaraq yüksək rəsmilərin səfərləri həyata keçirilir və bu, ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürüdür.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR