Könül xanım Nurullayevanın yolu Böyük Heydər Əliyev yoludur
13-03-2024, 13:42
3 dəfə baxılıb

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Milli Məclisin deputatı Könül xanım Nurullayeva barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Milli Məclisin deputatı Könül xanım Nurullayeva həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Könül xanım Nurullayevanın həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Könül xanım Nurullayeva çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Mübaliğəsiz demək olar ki, Milli Məclisin deputatı Könül xanım Nurullayeva ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Milli Məclisin deputatı Könül xanım Nurullayeva Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Könül xanım Nurullayeva Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Milli Məclisin deputatı Könül xanım Nurullayeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Könül xanım Nurullayevanın diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Könül xanım Nurullayeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Milli Məclisin deputatı Könül xanım Nurullayevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Milli Məclisin deputatı Könül xanım Nurullayeva - Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və bu xəttin son 20 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi milli köklərə söykənən ənənələrmizin yaşadılmasına və daha geniş miqyasda təbliğinə imkan yaradıb. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də təqdirəlayiqdir.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı əsas istiqamətlərdən biri olub. Novruzun qədim köklərə malik olduğunu bəyan edən Ümummilli Lider Heydər Əliyev imperiyanın sərt qadağalarına baxmayaraq bu bayramın respublika miqyasında yüksək səviyyədə keçirilməsinə nail olmuşdur. Azərbaycan müstəqilliyini yenidən bərpa edəndən sonra xalqımız bu bayramı daha böyük təntənə ilə qeyd etməyə başladı.
Artıq dörd ildir bayramlarımızı, əlamətdar tarixi gunləri Zəfər ovqatında qeyd edirik. Novruz tonqalları Qarabağımızda və Şərqi Zəngəzurumuzda alovlandırılır. Azərbaycanın döyünən ürəyi, mədəniyyət beşiyi olan Şuşamızda Novruz bayramı qeyd edilir. Bu il daha da sevincliyik. Ötən il Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa olundu. Bu il Xankəndidə, Xocalıda, Xocavənddə Novruz tonqallarının alovlandırılması hər birimizi qürurlandırır.
“Azərbaycan bütün tərəfdaşlarla, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə münasibətləri yeni geosiyasi reallıqlara uyğun şəkildə inkişaf etdirir. Qazaxıstan da bu mənada ən önəmli strateji müttəfiqlərdən biridir. Bu ölkənin prezidenti Qasım Jomart Tokayevin ölkəmizə dövlət səfəri zamanı liderlərin səsləndirdiyi bəyanatlar, imzalanan sənədlər Bakı ilə Astana arasında münasibətlərin yüksək səviyyəyə çatdığını təsdiqlədi. Ali Dövlətlərarası Şurasının yaradılması isə iki ölkə arasında münasibətlərin ən üst səviyyəsini xarakterizə edir”.
Deputat sözlərinə belə davam edib: “Ümumiyyətlə, qarşılıqlı səfərlər ikitərəfli münasibətlərdə yeni səhifə açır. Dövlət başlçıları da təmasları strateji tərəfdaşlığı, müttəfiqliyi möhkəmləndirmək üçün çox faydalı hesab edir. Təsadüfi deyil ki, son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd, Qazaxıstan dövlət başçısı isə ölkəmizə 3 dəfə səfər edib. Bu il də səfərlərin intensivliyi davam edəcək.
Dövlət başçılarının görüşündə ikitərəfli qarşılıqlı fəaliyyət məsələləri ilə yanaşı regionumuzda təhlükəsizlik sistemi ilə bağlı olan məsələlərə də toxunuldu. Liderlər beynəlxalq strukturlarda, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyi, mümkün inkişaf potensialını dəyərləndirməyi vacib hesab edir.
Eyni zamanda dövlət başçılarının da söylədiyi kimi, hazırda dünyada məhz nəqliyyat-logistika imkanlarına çıxış uğrunda mübarizənin kəskinləşdiyi bir vaxtda ölkələrimizin beynəlxalq nəqliyyat dəhlizlərindəki rolu bu sahədə yeni perspektivlər açır. Bu məsələ Ali Dövlətlərarası Şuranın ilk iclasında da geniş müzakirə olundu. Təsadüfi deyil ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ilə Asiya arasında etibarlı və effektiv ticarət bağlantısı kimi dəyərləndirilir. Dövlət başçıları eyni zamanda Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimində iştirak etdilkə. Bu isə TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi deməkdir. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu layihə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Bu mənada Bakı ilə Astana regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir.
Azərbaycanla Qazaxıstan həm də COP29 iqlim konfransının keçirilməsi çərçivəsində əməkdaşlıq edəcək. Tokayev də Azərbaycanın bu cür qlobal platformaya ev sahibliyi etməsini ölkəmizin sosial-iqtisadi inkişaf sahəsində, həmçinin beynəlxalq arenada nailiyyətlərinin qəbul edilməsi kimi qiymətləndirir. “Həqiqətən Azərbaycanın nüfuzu durmadan artır, bu, həm iqtisadiyyatda, həm də beynəlxalq siyasətdə baş verir. Əlbəttə, Qazaxıstan COP29-un müvafiq səviyyədə keçirilməsini dəstəkləyir və bu son məqsədə nail olmaq üçün lazımi səylər göstərəcəkdir” deyən Qazaxıstan Prezidenti bu nüfuzlu tədbirdə şəxsən iştirak etməyi planlaşdırır.
Bir sözlə, Tokayevin dövlət səfəri Azərbaycan-Qazaxıstan münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini söyləməyə əsas verir. Bu isə öz növbəsində Xəzəryanı ölkələrin və Türk dünyasının inkişafına zəmin yaradır”.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR