xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:30 – Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib 
  • 14:39 – SON DƏQİQƏ: Prezident onları TƏLTİF ETDİ 
  • 12:29 – Prezident sel və daşqınlarla mübarizə üçün - 86 milyona yaxın vəsait ayırdı 
  • 12:17 – İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib - FOTOLAR 

Lətif Fərəcov: Zəfər partiyası Azərbaycana möhtəşəm uğurlar qazandırır

21-11-2023, 12:53 85 dəfə baxılıb

Lətif Fərəcov: Zəfər partiyası Azərbaycana möhtəşəm uğurlar qazandırır


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Cəlilabad rayon 1 saylı notariat ofisinin Xüsusi notariusu Lətif Fərəcov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Cəlilabad rayon 1 saylı notariat ofisinin Xüsusi notariusu Lətif Fərəcov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Lətif Fərəcovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Lətif Fərəcov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Cəlilabad rayon 1 saylı notariat ofisinin Xüsusi notariusu Lətif Fərəcova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Qürurlu və güclü xalqımız Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında həmişə olduğu kimi sıx birləşərək yeni, şanlı tariximizin yazılmasını və qüdrətli Azərbaycan uğrunda mübarizliyini əzmlə davam etdirəcək. Redaksiya rəhbəri olaraq, fürsətdən istifadə edib, 22 noyabr peşə bayramı günü münasibətilə bütün ədliyyə işçilərini ürəkdən təbrik edir, onlara qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıram.

Cəlilabad rayon 1 saylı notariat ofisinin Xüsusi notariusu Lətif Fərəcov - Azərbaycan Respublikasında Ədliyyə İşçilərinin Peşə Bayramı Günü xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən 11 noyabr 2000-ci il tarixli fərmanla təsis edilmişdir. Hər bir ölkədə aparılan hüquqi islahatların müsbət nəticələr verməsi, ilk növbədə məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin müasirləşdirilməsindən, dövrün tələbləri səviyyəsində qurulmasından asılıdır. Azərbaycan Respublikasında bu sahədə aparılan ardıcıl islahatlar ümumilikdə hüquq sisteminin səmərəli fəaliyyətinin təmin olunmasına xidmət edir. Azərbaycan Respublikasının Ədliyyə sisteminin onun şanlı və şərəfli yol keçmişini əks etdirən çox zəngin tarixi vardır.

Bu gün müasir müstəqil Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranmasından 31 il ötür.
Ötən dövrə nəzər saldıqda, Azərbaycan dövləti və xalqı üçün taleyüklü məqamlara diqqət yetirdikdə Yeni Azrbaycan Partiyasının ölkəmizin tərəqqisində və Zəfər zirvəsinə yüksəlməsində hansı rola malik olduğu bir daha öz təsdiqini tapır:
- Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsinin mövcud olduğu bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması dövlətçilik tariximizin dönüş nöqtələrindən oldu. Tarixə qısa ekskurs etdikdə məlum olur ki, 1992-ci ilin may ayında “Əlincə” xeyriyyə cəmiyyəti tərəfindən Ümummilli Liderimizin rəhbərliyi ilə siyasi partiyanın yaranması təklifi irəli sürüldü. Mayın 28-də “Əlincə” xeyriyyə cəmiyyətinin nümayəndələri olaraq Naxçıvanda Ümid körpüsünün açılışında iştirak etdik. Ümummilli Liderimiz ilə görüşdə partiyanın yaradılması barədə fikir mübadiləsi apardıq. İyulun 13-də isə ziyalılardan ibarət digər qrup Naxçıvan Muxtar Respublikasına səfər etdi. Ümummilli Liderimizə partiyanın yaradılması təklif olundu, lakin Heydər Əliyev bu təklifi qəbul etmədi. O, bu zamana qədər bir partiyada - Kommunist Partiyasında olduğunu və daha heç bir partiyaya rəhbərlik etmək istəmədiyini dedi. Amma ölkəmizdə baş verən hadisələrin fonunda, xaos, anarxiya, hərc-mərclik və siyasi böhran şəraitində zəngin dövlətçilik təcrübəsinə malik olan, öz xalqına, dövlətinə dərindən bağlı olan Ümummilli Liderimiz Heydər Əliyev də gördü ki, belə bir partiyanın yaradılması zərurətdir. Bu şəraitdə 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Ümummilli Liderimizə müraciət etdi. Müraciətdə qeyd edilirdi ki, “öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz.
Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Həmin vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Ümummilli Lider Heydər Əliyevə müraciət ünvanlayan şəxslərə qarşı ciddi təzyiqlər edirdi. Onlar Bakı şəhər Prokurorluğuna çağırılır, müxtəlif təhdidlər və fiziki təqiblərə məruz qalırdılar. Eyni zamanda, o zaman hakimiyyətdə olan qüvvələr Bakı şəhərində partiyanın təsis konfransının keçirilməsinə icazə vermədilər. Bu səbəbdən 50 nəfər partiyanın təsis konfransında iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına yola düşdü və noyabrın 21-də 550 nəfərin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis olundu. YAP dekabr ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi və respublikamızın hər yerində artıq təsis konfransları keçirilməyə başlandı. Bunun qarşısını almaq üçün mövcud hakimiyyət ölkədə fövqəladə vəziyyət elan etdi və beləliklə, toplantılar, yığıncaqlar qadağan olundu. Bütün bu təzyiqlər və təqiblərə baxmayaraq, Yeni Azərbaycan Partiyası öz fəaliyyətini davam etdirdi və qısa müddət ərzində hakimiyyətə gəldi. İnsanlar böyük dövlətçilik təcrübəsinə, xarizmaya malik olan güclü lider ətrafında yaranan Yeni Azərbaycan Partiyasına üz tutmağa başladılar. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqilliyimizin möhkəmləndirilməsinə, milli inkişafın təmin olunmasına xidmət edən fəaliyyətini davam etdirdi və bunun nəticəsində Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoydu;
- Ölkəmizin inkişafına layiqli töhfə verən Yeni Azərbaycan Partiyasının ən böyük uğurlarımızda imzası var. Bu gün partiyamız fəaliyyətini Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında davam etdirir və qələbələr partiyası olduğunu sübuta yetirib. Şübhəsiz ki, bu partiya qurulmasaydı və xalqımızın Ümummilli Lideri ona rəhbərlik etməsəydi, bugünkü nailiyyətləri əldə etmək, ölkəmizin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırkı inkişaf səviyyəsinə çatması mümkün olmazdı. Bu gün Ümummilli Liderimizin layiqli davamçısı olan Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin şərəfli Zəfər tarixinin yeni parlaq səhifələri yazılır;
- Partiyanın fəaliyyəti Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bütün seçkilərdə YAP-ın qələbələr qazanması bunun bariz nümunəsidir. Xüsusilə də, Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi misli-bərabəri olmayan tarixi nailiyyət kimi dövlətçilik tariximizin ən böyük uğuru kimi dəyərləndirilir;
- Qələbələr partiyası Azərbaycanı yeni tarixi nailiyyətlərə aparır. Yeni Azərbaycan Partiyası qarşıdakı dövrdə də tarixi möhtəşəm uğurlara imza ataraq yeni Azərbaycanın qüdrətinin daha da artmasına müstəsna töhfələr verəcək.
Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümü münasibətilə bütün partiya üzvlərini səmimi qəlbdən təbrik edirəm. Biz birlikdə güclüyük!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi