xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 18:41 – İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü 
  • 11:36 – Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Video 
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:09 – Prezidentlər təkbətək görüşdü - Fotolar 

GDU-DA SƏMƏNİ FESTİFALI KEÇİRİLİB

18-03-2024, 11:18 7 dəfə baxılıb

GDU-DA SƏMƏNİ FESTİFALI KEÇİRİLİB


Gəncə Dövlət Universitetində Kimya-biologiya fakültəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə “Səməni” festivalı keçirilib.

Universitetin rektoru Yusif Yusibov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb. Rektor bildirib ki, qədim köklərə malik Novruz bayramının kütləvi el şənlikləri və mərasimlərlə dövlət səviyyəsində keçirilməsi, yurdumuzun hər bir guşəsində coşqu ilə qeyd olunması milli müstəqilliyimizin bizə bəxş etdiyi nailiyyətlərindəndir, eyni zamanda tarixi-milli irsimizə bağlılığımızın parlaq təzahürlərindəndir. O da vurğulanıb ki, “Səməni” müsabiqəsi milli adət-ənənələrimizi, dəyərlərimizi yaşatmaq və yeni nəsillərə ötürmək məqsədi daşıyır.

Festivalda Novruz bayramının atributlarını və milli adət-ənənələrimizi özündə əks etdirən bayram xonçaları nümayiş etdirilib.

Tələbələrin bayrama aid əl işləri, fərqli tərtibatlarda cücərdilmiş səmənilər xonçalara xüsusi gözəllik qatıb. Şuşa və Xarıbülbül simvolu, qədimi qabların nümayişi festifalı daha da maraqlı edib.

Rektor Yusif Yusibov bayram xonçaları ilə yaxından tanış olub, tələbələrin hazırladıqları şirin təamlardan dadıb və onlarla yumurta döyüşdürüb.

Sonda münsiflər tərəfindən qaliblər müəyyən edilərək mükafat verilməsi qərara alınıb.

Bayram tədbiri Novruz personajları sayılan Keçəl və Kosanın əyləncəli tamaşaları və konsert proqramı ilə davam edib.

Novruz baharın gəlişi, təbiətin canlanması, torpağın oyanması ilə bağlıdır. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər üzərində qurulub. Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir ümumxalq bayramı təsəvvür etmək belə çətindir. Xalqımız Novruzun yaratma mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı adlandırılan çərşənbələrin keçirilməsinə belə xüsusi həssaslıqla yanaşır və onların hər birini sevinclə qeyd edir. Tarixi min illərlə ölçülən, özündə milli adət-ənənələrimizi yaşadan Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəmliyi ilə seçilir. Dahi şəxsiyyət Heydər Əliyev çıxışlarında bayram barədə belə söyləyirdi: “Bu bayramı heç kəs əmrlə yaratmayıbdır. Onu da demək istəyirəm ki, zorla, əmrlə insanları hansısa bayramı keçirməyə məcbur etmək çətindir. Təbii ki, olubdur - bəzən xüsusi, siyasi məqsədlərlə - hamı bunu bayram edib. Amma Novruz bayramının fərqi ondan ibarətdir ki, bunun nə siyasi, nə də iqtisadi mənası var. Bu, ancaq bahar bayramıdır, təbiətin bizə bəxş etdiyi bayramdır, elmi əsaslardan irəli gələn bayramdır. Bu, azərbaycanlıların bayramıdır”.











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi