12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
İbrahim Cəfərov: Novruz milli birlik, həmrəylik, bolluq, bərəkət bayramıdır
15-03-2022, 12:18
191 dəfə baxılıb
ADAU əməkdaşları şəhid ailəsini ziyarət edib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup əməkdaşı şəhid ailəsinə baş çəkiblər.
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun təşəbbüsü, universitetin Həmkarlar İttifaqı Komitəsinin maliyyə dəstəyi ilə ADAU-nun bir sıra əməkdaşı universitet rəhbərliyi adından Vətən müharibəsi şəhidi, universitetin himayəyə götürdüyü Cavadov Canlar Asif oğlunun ailəsini Novruz bayramı münasibətilə ziyarət edib, bayram sovqatı aparıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
ADAU-nun Elmi Əsərləri jurnalına 2022-ci ilin I rüb buraxılışı üçün məqalə qəbulu davam edir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ADAU tələbələri ilə görüşüb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kənd təsərrüfatı xüsusilə Meşəçilik ixtisasında təhsil alan müxtəlif kurslardan olan tələbələri ilə görüşüb.
Tədbirin məqsədi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əməkdaşlıq sahəsində fəaliyyət planına əsasən kadr hazırlığı, mövcud vakansiyalar və gələcək perspektivlər barədə müzakirələr aparmaq olub.
Görüşdə Nazir müavini Vüqar Kərimov, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov, Nazirliyin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova, Nazirliyin İnsan kapitalının inkişafı sektorunun baş məsləhətçisi Cəlil Dadaşov, Meşələrin İnkişafı Xidmətinin kadrlar üzrə baş məsləhətçisi Gülnaz Məmmədova, Aqronomluq fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramının bu gün xalqımızda yaratdığı xoş əhval-ruhiyyədən, qürur hissindən geniş bəhs edərək bildirib ki, artıq iki ildir Novruz tonqalları işğaldan azad edilmiş torpaqlarımızda alovlandırılır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il Şuşada Cıdır düzündə alovlandırdığı bayram tonqalı xalqımızın 30 ilə yaxın dövrdə səbirsizlikə gözlədiyi gün idi: “Ölkə Prezidenti Cıdır düzündən müraciətində də bu məqamı xüsusi qeyd etmişdir ki, 2004-cü ildən başlayaraq, hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik, Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisə, böyük xoşbəxtlikdir. 28 ildən sonra Şuşaya qayıtdıq.
Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin müraciətində daha möhtəşəm uğurlara yol açacaq hədəfləri açıqladı. Tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilməsi, ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu torpaqlara tarixi səfərləri Böyük Qayıdışı hər an yaxınlaşdırır. Bu gün hər bir azərbaycanlı qürurludur ki, torpaqlarımız tarixi sahibindədir, bu ərazilərimizə əbədi bahar gələrək cənnət məkana çevrilirlər”.
İbrahim Cəfərov müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrikində səsləndirdiyi “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır” fikirləri önə çəkərək bu məqamı da xüsusi qeyd edib ki, Novruz insanları birliyə, həmrəyliyə çağırış edir, dostluq, səmimiyyət mühitini formalaşdırır. 2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxlaq Novruz Günü elan olunub. Bu mühüm addım həyatın yenidən canlanmasının müjdəçisi olan Novruzun müqəddəsliyinə olan inamın göstəricisidir.
Novruz ənənələrinin incəsənətdə öz əksini tapdığını xüsusi vurğulayan İbrahim Cəfərov qeyd edib ki, Novruz bayramı haqqında mahnılar yazılmış, filmlər çəkilmişdir: “Atılan hər bir addım milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasına, inkişafına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu son 18 ildən artıq dövrdə uğurla davam etdirən Prezident İlham Əliyevin əsas çağırışlarından biri Azərbaycan gənclərinin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərimizi, tariximizi qorumalarıdır. Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və müasir müstəqil Azərbaycan dövləti bu dəyərlər üzərində qurulub. Ölkə Prezidenti bu əminliyi ifadə edir ki, milli dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.”
İbrahim Cəfərov bu məqamı böyük qürurla vurğulayıb ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən əsas amillər sırasında gənclərimizin torpaq, Vətən sevgi əsas yer tutur. Bu şanlı Zəfərimiz Azərbaycan xalqının məğrurluğunun, yenilməzliyinin, öz tarixinə, milli-mənəvi dəyərlərinə sahib çıxmasının dünyaya təqdimatı oldu.
İbrahim Cəfərov el bayramımız olan Novruz münasibətilə keçirilən tədbirlərin hər birində gələcəyimizlə bağlı çağırışların yer aldığını bildirib: “Xalqı birləşdirən bayram şənlikləri həm insanlarda xoş ovqat, bayram əhval-ruhiyyəsi yaradır, həm də adət-ənənələrimizin unudulmamasına, nəsildən-nəslə ötürülməsinə xidmət edir. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır”.
İbrahim Cəfərov Azərbaycanın milli birlik rəmzi, bolluq, bərəkət bayramı olan Novruz bayramını bütün sahələrdə qazandığı möhtəşəm uğurları ilə qeyd etdiyini bildirib: “Ölkəmizin dayanıqlı iqtisadi inkişafı güclü sosial siyasətlə müşaiyət olunur. 2022-ci ilin ilk sosial paketində yer alan Prezident Fərman və Sərəncamları əhalinin sosial müdafiəsinin prioritetliyinin təsdiqidir. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında əksini tapmalıdır. Son bir ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa və quruculuq işlərinin əsasında da insanların yüksək şəraitdə yaşayışı, məmnunluqlarının təmin olunması dayanır. Bu gün güclü, qüdrətli, qalib Azərbaycanın hər bir bölgəsində, kənd və qəsəbəsində Novruz ab-havası yaşanır, qalibiyyətimiz bu sevincə sevinc qatır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: