xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 
  • 15:25 – İlham Əliyev “Zangilan City Park Hotel”in təməlini qoydu - Fotolar 
  • 15:13 – “Bir dənə güllə atsaq, onların dabanları parlayacaq” - Prezident 
  • 15:05 – Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib 

Uğurlarımız daha da artır

18-03-2024, 10:57 8 dəfə baxılıb

Uğurlarımız daha da artır


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Zaman Novruzov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Zaman Novruzovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Zaman Novruzov gördüyü bütün işlərdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, Zaman Novruzov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Zaman Novruzov - Orta Dəhlizlə konteyner qatarının Azərbaycana çatdırılması münasibətilə telekörpü təşkil olunub



“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və “Qazaxıstan Dəmir Yolları” SC-nin (KTZ) sədri Nurlan Sauranbayev hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Orta Dəhliz üzərindən Çin–Qazaxıstan–Azərbaycan istiqamətində hərəkət edən konteyner qatarının Bakıya çatdırılması münasibətilə təşkil olunmuş telekörpüyə qatılıblar.

Konteyner qatarının Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat Logistika Mərkəzi tərəfindən yola salınması Orta Dəhlizin bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir.

61 konteynerdən ibarət qatar uzunluğu 7 min km olan marşrutu (Siandakı Qazaxıstan terminalı – Aktau – Abşeron stansiyası) 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb.



Qeyd edək ki, Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından bu günlərdə Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat Logistika Mərkəzi marşrut üzrə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılmasına hədəflənib. İlkin razılaşmaya əsasən, bu Mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır.

Bununla yanaşı, Orta Dəhlizin inkişafı üçün birbaşa istehlakçılara yönəlmiş rəqəmsal DTC platforması yaradılıb, Azərbaycan və Qazaxıstan dəmir yolları “Track and Trace” (“Təqib və İzləmə”) funksiyası vasitəsilə real vaxt rejimində marşrut boyunca yüklərin izlənməsi sisteminə inteqrasiya olunub. Vahid rəqəmsal ekosistemin yaradılması və inkişaf etdirilməsi Orta Dəhlizin şəffaflığını və cəlbediciliyini getdikcə daha da artırır.

Azərbaycan və Qazaxıstan dəmir yolları idarələrinin birgə səyləri sayəsində 2024-cü ildə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral ayları ərzində “Qazaxıstan Dəmir Yolları” SC ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında yükdaşımaların həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25% artaraq 539,5 min ton təşkil edib.

Xatırladaq ki, əvvəllər Çindən Orta Dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması təxminən 53 gün çəkirdisə, hazırda yüklərin çatdırılma müddəti 18 günə qədər azaldılıb.

ADY “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası təşkil edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 13 mart tarixində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib.

Aksiya Pirşağı–Zabrat dəmiryol stansiyaları arasındakı sahədə təşkil olunub. Qurumun 100-dən çox əməkdaşının iştirakı ilə sözügedən ərazidə 1000 zeytun ağacı əkilib. Yeni əkilmiş ağaclar suvarılıb və gələcəkdə mühafizə edilməsi məqsədilə zəruri tədbirlər görülüb.

Həmçinin tədbir çərçivəsində aksiyanın keçirildiyi ərazidə müvafiq abadlıq işləri aparılıb.

Qeyd edək ki, dəmir yolu xətləri boyunca yaşıllıq zonasının salınması istiqamətində ADY tərəfindən davamlı olaraq yaz-payız mövsümlərində qurumun müxtəlif xidmət sahələrinin ərazilərində ağacəkmə aksiyaları təşkil olunur.

Xatırladaq ki, 2023-cü ildən BMT-nin Qlobal Sazişinə üzv olan ADY öz fəaliyyətində ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetmə (ESG) prinsiplərini əsas götürür.

Belə ki, qurum bu istiqamətdə təşkil etdiyi tədbirlərə əsasən gənc əməkdaşları cəlb etməklə onların Dayanıqlı İnkişaf Məqsədlərinə dair məlumatlılığını artırmaq və Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin icrasında rolunu genişləndirməyi hədəfləyir.

Eyni zamanda ADY işğaldan azad olunmuş ərazilərdə “Yaşıl” iqtisadiyyata keçid, o cümlədən COP29 çərçivəsində maraqlı tərəflərlə əməkdaşlıq edir, təşəbbüsləri stimullaşdırır.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
 Valyuta məzənnəsi