Qusar rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
13-03-2024, 00:38
47 dəfə baxılıb

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan icra başçısıdır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Şair Alxasovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Şair Alxasov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Mübaliğəsiz demək olar ki, Şair Alxasov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Növbəti səyyar qəbul Əcəxur kəndində keçirilmişdir
Qusar rayonunun Əcəxur kəndində keçirilən növbəti səyyar qəbulda kənd sakinlərini narahat edən problemlər dinlənilmiş, onların həlli istiqamətində müzakirələr aparılmışdır. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Kənd sakinləri kəndin qazlaşdırılması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yeniləri ilə əvəz olunması, kənddaxili yolların hamarlanması, içməli su xətlərinin çəkilməsi, pay torpaqlarının kol-kosdan təmizlənməsi üçün 5 saylı Ekologiya və Təbii sərvətlər idarəsindən razılığın alınması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.
Qusar rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu Düztahir kəndində keçirilmişdir
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun iştirakı ilə Düztahir kəndində keçirildiyi səyyar qəbulda kənd sakinləri kəndin qazlaşdırılması, qəzalı vəziyyətdə olan elektrik və rabitə dirəklərinin yeniləri ilə əvəz olunması, tibb məntəqəyə həkimin təyin edilməsi, mətkəbin dam örtüyünün təmiri, kənd yollarının hamarlanması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün rayon rəbhəri tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.
Qusar rayonun Gican kəndində vətəndaşlarla görüş keçirilmişdir
Qusar rayonunun Gican kəndində keçirilən növbəti səyyar qəbulda kənd sakinlərinlərini narahat edən problmlemlər dinəlinlmiş, onların həlli istiqamətində müzakirələr aparılmışdır. Kənd sakinləri kəndin qazlaşdırılması, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yeniləri ilə əvəz olunması və Düztahir kəndində quraşdırlmış elektrik yağ açarının Gican kəndi ərazisində quraşdırılması, kəndin sürətli internetlə təmin olunması, mətkəb həyətindəki istinad divarının təmiri, kənd yollarının hamarlanması, işlə təminat və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR