xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Peşəkar fəaliyyətin meyarı

4-03-2024, 13:33 13 dəfə baxılıb

Peşəkar fəaliyyətin meyarı


“Meyvəli” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Əbülfət Qocayev həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Əbülfət Qocayevin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Əbülfət Qocayev çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, Əbülfət Qocayev ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

“Meyvəli” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Əbülfət Qocayev - Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra yeni ideologiyanın tələbi kimi müx­təlif partiyalar yaranmağa başladı. Onların hamısı dövlətçiliyin par­ti­yası ola bilmədi. Qu­ru­cusu böyük tarixi şəxsiyyət Heydər Əliyev olan Yeni Azər­bay­can Partiyası (YAP) dövlətə və dövlətçiliyə sədaqəti ilə, azərbaycançılığı yaşatma mə­ramı və missiyası ilə, milli-mənəvi dəyərlə­ri­mizin cəfa­ke­şi olduğuna görə cəmiyyətin çox bö­yük əksəriyyətinin ehtiramını qazana bildi. Yeni Azər­baycan Partiyası davamlı islahat­la­rı ilə də vətəndaşların siyasi düşüncələrində öz yerini tapa bildi. Bu partiya siyasi idarəetmə proseslərinə cəlb olunmuş insanlar arasında işgüzar münasibət­lə­ri dəs­tək­ləyir, fəaliyyətin rasionallıq və adekvatlıq dərəcəsinə müsbət təsir etməkdədir. Bu kimi fikirlər haqqında da partiyanın 2021-ci il mart ayının 5-də keçirilmiş VII qurultayında da ətraflı danışılmışdı. Bun­lar hər bir partiya üzvünün qürurunu ifadə etmişdi.

YAP XXI əsrin partiyasıdır. İntellekt dövrünün partiyası kimi partiya üzvlərinin fərdi inki­şa­fını təşkil edir, fərdlərin məfkurəvi vəhdətinə nail olur ki, bununla da hakim partiya kimi cə­miy­yətin ideoloji baxımdan formalaşmasını təmin edir. YAP partiyadaxili münasibətlərdə sağ­lam rə­qa­bəti, səmimiyyəti, yoldaşlığı, qarşılıqlı hörməti, demokratik mühiti, şəx­si bacarıq və tə­şəb­büs­kar­lığı nəinki dəstəkləyir, həm də onun bilavasitə təbliğatçısı və təşkilatçısıdır. Qurul­tay­da o da bildirildi ki, sağlam rəqabət mühiti partiya üzvlə­rin­də demokratik düşüncə tərzini möhkəm­lən­dirir, partiya idarəçiliyində çeviklik və qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi üçün əlverişli şərait yaradır.

Deyildiyi kimi, yaradıcı təfəkkür, kreativ düşüncə, təşəbbüs­karlıq və innovativ inkişaf müa­sir dünyada peşəkar fəaliyyətin meyarıdır. Bu səbəbdən YAP-ın fəaliyyətinin əsaslarından biri də innovativ inkişaf və kreativliyin mühafizəsi və geniş tətbiqinin dəstəklənməsidir.

Elmi müddəaların tətbiqi olmadan cəmiyyət inkişaf edə bilməz. Bu tezis siyasi atmosferə də aiddir. Siyasi partiya fəaliyyətini elmi müddəalar əsasında qurmasa uzunömürlü ola bilməz, cəmiy­yətin etimadını qazana bilməz. YAP birmənalı şəkildə cəmiyyətdə hakim partiyadır. Partiya­nın fəaliyyətinin təşkilində elmi uğurların əsas götürülməsi və elmi cəhətdən əsaslandırılmış yanaş­malara üstünlük verilməsi vacib prinsiplərdəndir.

Yeni Azərbaycan Partiyasının VII qurultayı tarixi qurultay oldu. Nəinki Azərbaycanın, Cənubi Qafqazın da ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq və daha böyük uğurlaq qazanacaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi