Şərəfli vəzifə sahibi Elçin Zülfüqarov
29-02-2024, 12:25
542 dəfə baxılıb

“Azərbaycan Dəmir Yalları” QSC-nin İnfrastruktur departamentinin rəisi Elçin Zülfüqarov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Elçin Zülfüqarovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Elçin Zülfüqarov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Mübaliğəsiz demək olar ki, “Azərbaycan Dəmir Yalları” QSC-nin İnfrastruktur departamentinin rəisi Elçin Zülfüqarov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Orta Dəhlizdə canlanma: Çindən tranzit yüklərin Avropaya daşınması davam edir
Cari ilin yanvar ayında Çinin Sian vilayətindən Azərbaycan istiqamətində 3-ü tranzit, 7-si idxal yükü olmaqla 10 konteyner blok qatar yola salınıb.
Tranzit rejimində göndərilən blok qatarlardan biri Çin–Qazaxıstan sərhədindən yola düşdükdən 10 gün sonra Gürcüstan limanlarına çatdırılıb. Tranzit yüklər, əsasən, texniki avadınlıqlardan ibarət olub və gəmilərdən birbaşa ADY qatarlarına boşaldılaraq Gürcüstanın Qara dəniz liman şəhəri Potiyə yola salınıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında 615 min ton tranzit yükü daşınıb. Bu, son 10 ilin ən yüksək göstəricisidir.İdxal yüklərin Çin–Qazaxıstan sərhədindən hərəkətə başladıqdan sonra multimodal daşınma vaxtı isə 8 gün təşkil edib. Yüklər gəmilərdən birbaşa ADY-nin blok qatarlarına yüklənərək aidiyyəti təyinat məntəqələrinə çatdırılıb.
Hazırda 4-ü idxal, 2-si tranzit olmaqla daha 6 konteyner blok qatar Çindən Azərbaycan istiqamətində hərəkət edir. İdxal yüklərin eyni qaydada 8, tranzit yüklərin isə 10 gün ərzində aidiyyəti təyinat məntəqələrinə çatdırılması planlaşdırılır.
Gələcəyə əmin addımlarla: Gənclər ADY-nin strateji inkişafının mühüm hissəsidir
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) bütün fəaliyyət sahələrinə cəlb olunmuş gənc kadrlar şirkətin hərtərəfli inkişafını sürətləndirən əsas amillərdən biridir. ADY-də kadr potensialının təkmilləşdirilməsi və yeni kadrların yetişdirilməsində gənclərə xüsusi yer verilir.
Hazırda ADY-də 18-29 yaş aralığında olan 1437 gənc əməkdaş çalışır ki, onların da 377-si 2023-cü ildə işə qəbul olunub.
ADY eyni zamanda gələcəyin dəmiryolçularının yetişməsi üçün əməkdaşlığı genişləndirir. Gənc mütəxəssislərimiz və onları yetişdirən mentorlarının səyləri ADY-ni təkcə gələcəyə aparmır. Onlar dəmir yolu sənayesinin qlobal tərəqqinin və nəqliyyat bağlantılarının lokomotovi olaraq qalmasını təmin edir. Son üç ildə 1700-dən çox tələbə ADY-də istehsalat təcrübəsi keçib və hazırda peşə təhsili müəssisələrinin 417 tələbəsi istehsalat təcrübəsini davam etdirir.Bundan başqa, ali təhsil müəssisələrində dəmir yolu sahəsi ilə bağlı 23, peşə və orta ixtisas təhsili müəssisələrində isə 28 ixtisas üzrə tədris təşkil olunur. 2023–2024-cü tədris ilində Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində dəmir yolu profili üzrə ixtisaslar açılıb.
90 tələbənin 2024-cü ilin ilk yarısında müvafiq strukturlarımızda təcrübə keçməsi üçün 4 fərqli ali təhsil müəssisəsindən ADY-yə sorğu daxil olub.
ADY-nin gənc kadrların cəlb edilməsinə və yetişdirilməsinə böyük diqqət ayırması səbəbsiz deyil. Öz enerjisi və yenilikçi ruhu ilə komandamızın gənc üzvləri təcrübəli dəmiryolçularımızın davamçıları olaraq şirkətimizin inkişafında yeni mərhələlərin qapılarını açır. Onların xüsusilə müasir texnoloji bilik və bacarıqlara daha sürətli yiyələnmək potensialı innovasiyaların ADY infrastrukturuna daha geniş inteqrasiyasını təmin edir.
Bu gün Gənclər Gününü böyük qürurla qeyd edir, dəmir yolları davamlı inkişaf və innovasiya yollarına çevirdiklərinə görə həm gənc, həm də illərdir bizimlə çiyin-çiyinə addımlayan təcrübəli əməkdaşlarımıza təşəkkür edirik.
Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə 2 fevral tarixi 1997-ci ildən Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR