12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
Kəbirə xanım Məmmədova sıradan bir şəxs deyil, millətimizin yetişdirdiyi barmaqla sayılacaq ziyalılardandır
25-11-2022, 14:37
62 dəfə baxılıb
Öz işini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.
"Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə xanım Məmmədovanın adı ölkə ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına görə tanıyıb, hüsnü-rəğbət bəsləyir...
Bu gün onu ölkədə hamı tanıyır. Bəli, hər kəs onu tanıyır, sevir və dəyərləndirir. Onu sevənlər və ona rəğbət bəsləyənlər uzun illərdir ki, bu insanı peşəkar, təcrübəli rəhbər kimi məşğul olduğu sahələrdə, həm də ictimai prosesdə aparıcıl şəxslərdən biri kimi qiymətləndirir. Onun həyat yoluna diqqət yetirəndə sadədən aliyə doğru pillə-pillə, tədricən, haysız-küysüz yüksəldiyini, ucaldığını görürsən. O, bu ucalmağa, yüksəlməyə yorulmaq bilmədən çalışması, zəhməti, yuxusuz gecələri hesabına nail olmuşdur.
"Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə xanım Məmmədova gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insanlardandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolda dözümlük və səbr göstərmək "Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə xanım Məmmədovanın həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusilə vurğulamaq istəyirik: O, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Mübaliğəsiz demək olar ki, "Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə xanım Məmmədova ölkədə fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Lap gəncliyindən yalnız bir yolla addımlayır – bu yol ulu öndər Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Bəli, "Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə xanım Məmmədova sıradan bir şəxs deyil, millətimizin yetişdirdiyi barmaqla sayılacaq ziyalılardandır. O, ömrünü Azərbaycan vətəndaşının rifahı işinə sərf edib. Onun qəlbi var. Çünki hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə ALLAHın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır, yoxsa, bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır.
Binə” ticarət mərkəzini sahibi Kəbirə Məmmədova - Ötən dövr ərzində Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanın milli maraqlarına xidmət edib, ölkənin hərtərəfli və sürətli inkişafı təmin olunub, cəmiyyət həyatının bütün sahələri yeniləşib və müasirləşib, xalqın rifahı yüksəlib. Bu gün Azərbaycan beynəlxalq birliyin böyük nüfuza malik ölkələrindən biri kimi tanınır. Bütün bunlar Azərbaycan xalqının, vətəndaşların, seçicilərin Prezident İlham Əliyevə yüksək etimadını və tam dəstəyini şərtləndirən başlıca amillərdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.Bu gün Ulu öndərimiz Heydər Əliyevin siyasi xəttini hər bir azərbaycanlının ümid yeri olan Prezident İlham Əliyev davam etdirir. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, qurur. Bu gün Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir. İqtisadi, hərbi quruculuq, idman, sosial və digər sahələrdə Azərbaycan sürətlə inkişaf edir. Xalq-iqtidar birliyi hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Sabitliyin qorunmasının təminatçısı Azərbaycan xalqıdır. Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbir də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı zamanı dediyi kimi, biz hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin.
30 ilə qədər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin İkinci Qarabağ savaşı mərhələsi Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatdı. Bu zəfər Azərbaycana heç də asan başa gəlmədi. Qələbəyə Azərbaycanın rəşadətli Ordusu və Ali Baş Komandanın iradəsi və qətiyəti hesabına nail olundu. Bütün beynəlxalq təzyiqlərə, təhdidlərə sinə gərən Ali Baş Komandan İlham Əliyev xalqına verdiyi vədə əməl edərək torpaqlarımızı hərb yolu ilə işğaldan azad etmək yolunu tutdu. Ölkədə yaradılmış iqtidar-xalq birliyi "çəkici bir zindana vurmağa" imkan yaratdı. O baxımdan qeyd edilməlidir ki, əldə olunan qələbə həm də dövlət-xalq-ordu birliyinin bəhrəsidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, xalqın iradəsi, dövlətin qətiyyəti, davamlı islahatlar Azərbaycana möhtəşəm uğurlar qazandırıb, dünya miqyasında tanıdıb. Azərbaycanın dinamik, ardıcıl inkişafının əsasında düşünülmüş siyasi qərarlar dayanır. Dövlətimizin başçısı İlham Əliyevin müəyyən etdiyi siyasi xətt, ortaya qoyduğu siyasi iradə hər şeydən öncə Azərbaycan vətəndaşının xoşbəxtliyinin, rifahının təmin olunmasına xidmət edir.
Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasətin nəticəsidir ki, bu gün Azərbaycan heç bir xarici qüvvədən asılı deyil, öz enerji, ərzaq və hərbi təhlükəsizliyini təmin etmək iqtidarındadır. Bu gün ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi Azərbaycanın sabitliyinin, inkişafının qarantıdır. Azərbaycan dövləti istənilən vəziyyətdə öz vətəndaşının yanındadır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: