xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 13:41 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 13:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Fədail müəllim: Azərbaycanda bu il də inşaat sektoru inkişaf edəcək

13-02-2024, 13:38 4 dəfə baxılıb



Prezident İlham Əliyev: "Bölgələrdə, şəhərlərdə hündürmərtəbəli binaların, sənaye zonalarının tikintisi prosesi getməlidir. Həm dövlət öz dəstəyini göstərəcək, həm də, təbii ki, özəl sektor da burada fəal olmalıdır"

İqtisadiyyatın sürətli inkişafında, real sektorunda dinamik artımında inşaat sektorunun payı böyükdür. Heç təsadüfi də deyildir ki, inşaat sektoru bir çox ölkələrdə bütöv bir iqtisadi zənciri hərəkətə gətirən mexanizm kimi qəbul edilir. Çünki inşaat sektorunun inkişafı, ilk növbədə, iqtisadiyyata yatırılan sərmayə deməkdir. Eyni zamanda, kütləvi iş yerləri və əlavə gəlir mənbəyi kimi də inşaat sektorunu dəyərləndirmək olar.

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - ”EFM 2016” MTK-nın sahibi Fədail müəllim barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi ”EFM 2016” MTK-nın sahibi Fədail müəllimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan ”EFM 2016” MTK-nın sahibi Fədail müəllim Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

”EFM 2016” MTK-nın sahibi Fədail müəllim Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

”EFM 2016” MTK-nın sahibi Fədail müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Fədail müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Fədail müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Fədail müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

”EFM 2016” MTK-nın sahibi Fədail müəllim - Tikinti sektorunun inkişafında yeni üfüqlər. Ölkə inşaatçıları 14 ildir ki, hər il aprelin 10-nu peşə bayramları kimi qeyd edirlər. Bu, inşaat sahəsində çalışanların əməyinə verilən böyük dəyərdir.
İqtisadiyyatın sürətli inkişafında tikinti sektorunun payı olduqca böyükdür. Heç də təsadüfi deyil ki, bu sahə bir çox ölkələrdə bütöv bir iqtisadi zənciri hərəkətə gətirən mexanizm kimi qəbul edilir. Ümumiyyətlə, tikinti sektoru dünyada iqtisadi inkişafda və dayanıqlığının güclənməsində xüsusi yerə malikdir.

Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi illərdə tikinti-quruculuq işlərinə xüsusi diqqət göstərmişdir. Ötən əsrin 70-ci illərində respublikamızda tikinti sektorunun inkişafı xeyli sürətlənmiş, şəhər və rayonlarda nəhəng istehsal müəssisələri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilmişdir. Ulu öndərin hakimiyyəti dövründə tikinti-quruculuq işlərinin həcmi daha da genişlənmiş, inşaat sektorunda fəaliyyət göstərən dövlət təşkilatlarına və özəl şirkətlərə maliyyə dəstəyi artırılmışdır. Dahi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsi sayəsində ölkəmizdə genişmiqyaslı quruculuq proqramları həyata keçirilmişdir.

Ulu öndər Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən Bakı, Sumqayıt və Gəncə kimi iri sənaye şəhərlərində şəhərsalmanın planlı şəkildə və elmi əsaslarla aparılmasına ciddi fikir verir, bu sahədə paytaxtda xeyli işlərin görüldüyünü xüsusi qeyd edirdi.

1996-cı ildə Heydər Əliyevin Bakıda Beynəlxalq Bankın yeni binasının açılışı mərasimində çıxışı zamanı səsləndirdiyi bu sözlər Onun vətənə hədsiz məhəbbətini, işinə münasibətini, quruculuq və yaradıcılıq həvəsini çox gözəl əks etdirir: "Mən şəhərin hər bir daşını, hər bir küçəsini, binasını özüm üçün doğma hesab edirəm. Əgər hər kəs millətini, şəhərini, Vətənini və paytaxtımız olan Bakını sevirsə, belə hissiyyatla yaşamalıdır".

1969-1982-ci illərdə Azərbaycanın paytaxtı Bakı şəhərinin inkişaf etdirilməsi və abadlaşdırılması nəticəsində onun görkəmi dəyişdi. 14 ildə yeni binalar, mədəniyyət obyektləri istifadəyə verildi, yaşayış evlərinin tikintisi geniş həcmdə həyata keçirildi. Bu illərdə tikilən çoxmənzilli binalar bütün Bakı şəhərinin yaşayış fonduna bərabər tutula bilərdi. Respublika rəhbərinin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də əhalinin mənzil şəraitinin yaxşılaşdırılması idi. 14 il ərzində respublika əhalisinə 376,1 min yeni tikilmiş mənzil verilmişdi. Bu, Azərbaycanın hər üç sakinindən birinin məhz həmin dövrdə yeni mənzillə təmin edilməsinə imkan yaratmışdı.

Görülən işlərin ulu öndərin daim diqqət mərkəzində olması bu sahənin əsas göstəricilərinin əvvəlki illərə nisbətən dəfələrlə artmasını, tikilən mühüm obyektlərin vaxtında və yüksək keyfiyyətlə istifadəyə verilməsini təmin etmişdir. Onların sırasında Kür su kəmərini, "Neftçilər" və "Nizami" metro stansiyalarını, Yeni Bakı Neftayırma Zavodunun emal kompleksini, Bakı Məişət Kondisionerləri Zavodunu, Qaradağ rayonunda nəhəng Dərin Özüllər Zavodunu və digərlərini misal gətirmək olar.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 18272,3 milyon manat vəsait yönəldilmişdir. Ümumi sərmayənin 50,7 faizi dövlət, 49,3 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Sərmayə qoyuluşunun 3,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Ötən il Bakı şəhərində Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi, İlahiyyat İnstitutunun yeni binası, 7 saylı "ASAN xidmət" mərkəzi, Bakı Metropoliteninin "Xocahəsən" stansiyası, "Xocahəsən" elektrik deposu, regionlarda isə Zəngilan Beynəlxalq Hava Limanı, Gəncə regional "ASAN xidmət" Mərkəzi, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu, "Şabran" İstirahət Kompleksi, Kəlbəcər rayonunda "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyası və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.

Ulu öndərin siyasi xəttinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanda böyük tikinti-quruculuq işləri aparılır. Qəbul edilən Dövlət proqramlarının uğurlu icrası iqtisadiyyatın kompleks inkişafına səbəb olmuş, tikinti işlərinin əhatə dairəsi xeyli genişlənmişdir. Bu da nəticə etibarilə, yeni iş yerlərinin açılmasına, məşğulluq probleminin aradan qaldırılmasına və əhalinin rifahının yaxşılaşdırılmasına səbəb olmuşdur.

Bu gün isə işğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti işlərində Azərbaycan memarlığının heç zaman bitib tükənməyən milli ruhu, koloriti və müasirliyi öz əksini tapır.

Genişmiqyaslı bərpa işləri və yeni infrastrukturun qurulması tikinti sektorunun inkişafında yeni üfüqlər, imkanlar açır. Yerli investorların işğaldan azad olunan torpaqlara sərmayə yatırmaları üçün də real şərait yaranmış, həmçinin bərpa prosesində innovativ texnologiyaların tətbiqi müəyyənləşdirilmişdir. Qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməklə işğaldan azad olunmuş ərazilərə yeni həyat verilir.


Xalq yenidən təkidli tələblə növbəti dövr üçün öz rəhbərinin ətrafında birləşdi. Əslində 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevi dəvət etməklə xalqımız doğru seçimlər edərək öz taleyini, gələcəyini əmin əllərə etibar etmişdir. Lakin adına Zəfər seçkisi dediyimiz bu seçkilər xalqımızı növbəti dəfə birləşdirmiş, bütövləşdirmişdir. Əlbəttə, biz dəfələrlə seçkilərin növbədənkənar keçirilməsinin əhəmiyyəti haqqında danışmışıq və cənab Prezident özü də bu məsələyə öz münasibətini bildirmişdir. Maraqlı məqam ondan ibarətdir ki, xalq öz rəhbəri ilə eyni düşüncələri və hissləri paylaşmaqdadır. Xalq-iqtidar birliyi seçkilərdə seçki aktivliyində və səslərin cənab İlham Heydər oğlu Əliyevə yönəlməsində öz təzahürünü tapmışdır.


Vətəndaşların seçimi bəlli idi. Yaşından, milliyyətindən, dini baxışlarından, sosial təbəqəsindən asılı olmayaraq cəmiyyətin böyük əksəriyyəti cənab İlham Əliyevi nəinki dəstəkləyir, onu sevir və gələcəyini ona etibar edirdi. Bir məqamı da xüsusi qeyd edim ki, cənab Prezidentin iyimi ildən artıq fəaliyyət dövrü heç də digər dünya dövlətləri rəhbərlərinin hakimiyyət illəri ilə müqayisə oluna bilməz. Avropada və dünyanın bir çox regionlarında dövlət və hökumət başçıları cənab İlham Əliyevdən böyük həvəslə nümunə gətirirlər. Əlbəttə, bu qürurvericidir.

7 fevral növbədənkənar prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsvermə prosesində iştirak etməsi, öz vətəndaş vəzifəsindən və konstitutsion hüququndan istifadə etməsi cəmiyyətin siyasi proseslərdə iştirakına bariz sübutdur. Əlbəttə, xalqın fikrini, rəyini, kimə səs verəcəyini seçkidən öncə keçirilmiş rəy sorğuları ifadə edirdi. Lakin insanların seçki prosesində iştirak etməklə bağlı böyük arzuları vardı. Bütün ölkə üzrə məntəqələrə insanların öz rəhbərinə dəstək olmaq üçün axışması dövlət başçına olan sevginin ifadəsi idi.

Seçki günü ölkə başçısının Xankəndidə səs verməsi dünyaya verilmiş növbəti ismarıc idi. Artıq münaqişə yoxdur və status tarixin tozlu qatlarında heç vaxt gerçəkləşməyən və gerçəkləşmə ümidi olmayan xəstə erməni arzusu kimi özünə yer tapdı. Xalq öz rəhbərini fatehi olduğu şəhərdə yenidən gördü. Dünya müdrik siyasətin nəticəsini əyani olaraq izlədi. Hər kəsə məlum oldu ki, nə xalq, nə ordu, nə də rəhbər milli maraqlara söykənən böyük miqyaslı işlərdən bir addım da olsa geriyə atmayacaq. Seçkilərin qeyri-rəsmi nəticələri elan olunduqdan sonra Prezidentin Pilotsuz Uçuş Aparatları Akademiyasında PUA-ları şəxsən idarə etməsi Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etməyən, etmək istəməyən anti-Azərbaycan qüvvələrinə açıq ismarıc idi.

Yeni dövr bütövləşmənin əhəmiyyətini daha çox meydana çıxaran bir mərhələdir. Nəinki ölkə daxilində, dünyanın hər yerində yaşayan soydaşlarımız yeni dövrə özlərini uyğunlaşdırmalı, milli maraqları şəxsi, siyasi və ticari maraqlardan üstün tutmalıdırlar. Müharibənin qaynar fazası bitib, bizim mübarizəmiz isə davam etməkdədir. Bu günə qədər əsas hədəf milli ruhu zirvəyə qaldırıb torpaqları azad etmək, suverenliyi təmin etməkdən ibarət idisə, indi hədəfimiz ruh yüksəkliyini daha da artırıb əldə olunmuş zəfərlərin, nəticələrin qorunmasını təmin etməkdən ibarət olmalıdır.

Seçkinin nəticəsi bəlli olduqda bir çox dövlət və hökumət başçılarından təbrik məktubları dövlət başçımıza ünvanlanır. Azərbaycanla yaxşı münasibətləri olan və gələcək illərdə yaxşı münasibətlər yaratmağa can atan dövlətlər, Azərbaycanın dünya birliyinə verdiyi töhvələri yüksək qiymətləndirənlər öz açıq mövqelərini ifadə etdilər. Lakin bunlarla yanaşı Azərbaycan xalqının iradəsinə, demokratik qərarlarına hörmət etməyən, seçkiyə kölgə salmağa çalışanlar da oldu və olacaqdır. Hesab edirəm ki, AŞPA-da seçkilər öncəsi Azərbaycan nümayəndə heyətinə qarşı atılmış addımlar da buna sübutdur.

7 fevral 2024-cü il tarixdə keçirilmiş növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı yenidən sabitliyə, davamlı və dayanıqlı inkişafa, əldə olunmuş şanlı zəfərlərin davamına səs verdi.

Seçkilərdə müşahidə olunan yüksək seçici fəallığı və Yeni Azərbaycan Partiyasının namizədi, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin topladığı səs faizi bir daha deməyə əsas verir ki, müdrik xalqımız növbəti dəfə doğru qərar vermiş, Qalib Xalq Qalib Liderini seçmişdir!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi