12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun tapşırığına əsasən şəhid ailələrinə qazilərə xüsusi diqqət və qayğı göstərilir
4-03-2017, 12:36
12 dəfə baxılıb
Niyazi Bayramov “Təmiz şəhər” aksiyası çərçivəsində aparılan işlərlə yerində tanış olub
Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun tapşırığına əsasən, şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən “Təmiz şəhər” aksiyası çərçivəsində təmizlik və abadlıq işlərinə start verilib. Bununla əlaqədar olaraq, Niyazi Bayramov şəhərin müxtəlif ərazilərində aparılan işlərlə yerində tanış olub.
Şəhər rəhbərinə bildirilib ki, MKTİB-nin xüsusi texnikaları və canlı qüvvələri tərəfindən küçə və prospektlərin, səki kənarlarının, işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların, dayanacaqların bərpası və təmizlənməsi həyata keçirilir. Bununla yanaşı, şəhər ərazisinə yerli iqlimə uyğun yeni ağaclar, kollar, güllər əkilir, rəngarəng güllərdən kompozisiyalar yaradılıb, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi işləri hazrda aparılır. Ağacların qurumuş budaqları budanıb, mövsümlə əlaqədar yaşıllıqlara aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir. Gəncənin park və xiyabanlarına, küçələrinə gözəllik verən güllər, o cümlədən həmişəyaşıl kollar əkilib. Həyata keçirilən aksiya şəhər ərazisində bahar təravəti yaratmaqla xalqımızın ən qədim bayramlarından biri hesab olunan Novruza hazırlıq məqsədi daşıyır.
Niyazi Bayramov görülən işlərlərlə tanış olduqdan sonra aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.
Şəhər rəhbərinə yaxınlaşan sakinlər görülən işlərdən məmnunluqlarını ifadə edib və təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, bu kimi aksiyalar şəhərin bütün ərazilərində mütəmadi olaraq həyata keçirilir.
Gəncə Şəhər Psixiatriya Xəstəxanasında Novruz Bayramı münasibətilə tədbir təşkil olunub
16 mart 2023-cü il tarixində Gəncə Şəhər Psixiatriya Xəstəxanasının təşkilatçılığı ilə xəstəxanada müalicə alan pasiyentlər üçün Novruz Bayramı keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, xəstəxananın baş həkimi Elmira Mirzəyevə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, xəstəxanada ambulator və stasionar müalicə alan müharibə iştirakçıları və tibb işçiləri iştirak ediblər. Niyazi Bayramov xəstəxananın kollektivini və pasiyentləri Novruz Bayramı münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı arzulayıb. Daha sonra xəstəxanada əmək terapiyasına cəlb edilən pasiyentlərin 44 günlük Vətən müharibəsinə həsr olunan əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ili “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Ulu Öndərə həsr olunmuş videoçarx nümayiş olunub. Həmçinin tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yolundan bəhs ediblər. Tədbir bayram süfrəsi arxasında davam edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: