xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Putinlə Paşinyan görüşdü - Nədən danışdılar? - VİDEO

26-09-2025, 10:53 3 dəfə baxılıb

Putinlə Paşinyan görüşdü - Nədən danışdılar? - VİDEO


“Bütövlükdə əlaqələr inkişaf edir, sabit və yaxşı gedir. Bütün digər sahələrdə də əlaqələrimiz inkişaf edir. Bir-birimizi bu yaxınlarda görsək də, hər zaman danışacaq bir məsələmiz var”.

Bunu Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.

Paşinyan isə öz növbəsində bildirib ki, əlaqələrimiz həqiqətən də davamlı şəkildə inkişaf edir. “Düzdür, bu il müəyyən qlobal proseslərə görə bir qədər azalma oldu, amma hesab edirəm ki, bu mövzu üzərində işləmək vacibdir”.

Paşinyan bildirib ki, münasibətlərində gündəm çox zəngindir və tərəflərin həmişə həqiqətən müzakirə edəcəyi çox şey var.

Onlar atom elektrik enerjisi sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparsa da, Paşinyan heç də Rusiya ilə bu sahədə əməkdaşlığa maraqlı olmadığını ortaya qoyub.

Putin bildirib ki, Rusiya uzun müddətdir Ermənistandakı AES-i idarə edir və “Rosatom” hazırda bu atom elektrik stansiyasının ömrünü uzatmaq üçün çalışır.

Paşinyan isə deyib ki, qlobal miqyasda nüvə enerjisinin rolu durmadan artır və nüvə enerjisi ölkəsi üçün çox vacibdir: “Biz Rusiya ilə sıx əməkdaşlıq edirik və Ermənistan Atom Elektrik Stansiyasının ömrünü 2036-cı ilə qədər uzatmaq üçün çalışırıq. Hazırda biz Ermənistan üçün uyğun kiçik modul atom elektrik stansiyası layihələri üzərində işləyirik və müəyyən edirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi