xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 10:48 – Prezident qəbul keçirdi - Foto 
  • 09:49 – Qardaşlığımızın möhürlənməsinin beşinci ili 
  • 09:00 – Azərbaycanda Milli Qurtuluş Günüdür 
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 

Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."

10-05-2024, 14:24 2 dəfə baxılıb



Putin çox güman ki, həm Paşinyan, həm də indiki Ermənistan hakimiyyətinin siyasəti haqqında düşündüyü hər şeyi deyib.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Vigen Akopyan Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya lideri Vladimir Putin arasında 8 mayda Kremldə baş tutan görüşlə bağlı qeyd edib.

Onun fikrincə, görüşün ictimaiyyətə qapalı hissəsində Putin Paşinyanın Rusiyanı ictimai tənqid etməsinə münasibət bildirib:

“Yəni bu, Putinin Rusiyanın mövqeyini ifadə etdiyi görüş idi. Görüş cəmi bir saat çəkdi, bu da kifayət qədər az müddətdir. Bu o deməkdir ki, iştirakçıların danışacaq xüsusi heç nəyi olmayıb. Ya hər şey artıq görüşə qədər müzakirə olunub, yaxud çox güman ki, əsasən, Putin danışıb”.

Rusiya sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılmasına dair razılaşmaya gəlincə, politoloqun fikrincə, bu, hərbi-siyasi sahədə ciddi problemlərdən xəbər verir:

“Ola bilsin ki, Putin özü diplomatik addım atıb - o, İran və Türkiyə sərhədindən sərhədçilərin və ya 102-ci hərbi bazanın çıxarılmasını təklif edib. Paşinyan isə hələlik buna ehtiyac olmadığını deyib”.

Ekspert hesab edir ki, Ermənistanın KTMT-yə üzvlüyü məsələsinin də müzakirə olunduğunu güman etmək olar:

“Ehtimal ki, Putin Paşinyana açıq mətnlə KTMT-dən çıxacağı təqdirdə Ermənistanın Aİİ-yə üzvlüyünü məqsədəuyğun hesab etmədiyini deyib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi