Ali təhsil müəsissələrinə qəbul üzrə keçid ballarında ciddi dəyişiklik gözlənilmir.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov "Ali təhsil müəssisələrinin sərgisi"nin açılış mərasimində çıxışında deyib.
O bildirib ki, xüsusilə IV ixtisas qrupunda, əsasən tibb istiqamətini seçən abituriyentlər arasında müsabiqə daha yüksək olur:
"Burada bal intervalları üzrə abituriyentlərin sayı da dəqiq görünəcək. Ümumilikdə, IV qrup üzrə əsas rəqabət 600 və daha yuxarı bal toplayan abituriyentlər arasında gözlənilir. Digər qruplarda isə vəziyyət müəyyən qədər fərqlidir. Plan yerlərində və keçid ballarında ötən illə müqayisədə ciddi dəyişikliklər gözlənilmir. Yalnız müəyyən ixtisaslarda keçid ballarına uyğun kiçik dəyişikliklər ola bilər".
Aparat rəhbəri əlavə edib ki, sərgi çərçivəsində ənənəvi olaraq psixoloji testlər də təşkil olunacaq:
"Adətən, bu xidmət ödənişlidir, lakin sərgi keçirilən üç gün ərzində abituriyentlər peşə seçimi ilə bağlı psixoloji testlərdən ödənişsiz istifadə edə biləcəklər. Bundan əlavə, psixoloji dəstək xidməti də fəaliyyət göstərəcək. Psixoloqlar abituriyentlərlə görüşərək onlara ixtisas seçimi ilə bağlı fərdi məsləhətlər verəcəklər".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.