xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Keçid balları enəcək - Abituriyentlərə ŞAD XƏBƏR

22-04-2026, 11:06 5 dəfə baxılıb

Keçid balları enəcək - Abituriyentlərə ŞAD XƏBƏR


"Bu il ali təhsil müəssisələrinə qəbulda keçid ballarının enməsi gözlənilir".

Bu sözləri Bizim.Media-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Belə ki, yaxın günlərdə elan olunan I zona üzrə 11-ci sinif buraxılış imtahanının nəticələrindən danışan ekspert imtahanın çətin olduğunu təsdiqləyib:

"Nəticələrdə ötən illə müqayisədə ciddi bir azalma müşahidə olunur. Belə ki, 2025-ci ildə buraxılış imtahanının I zonası üzrə 23 nəfər maksimal bal toplamışdı. Bu il isə bu rəqəm 2 nəfərdir. Müqayisə etdikdə, aradakı fərq ciddi şəkildə görünür. Bu, buraxılış imtahanının bu il ötən ilə nisbətən çətin olduğunu göstərir.

Martın 15-dəki imtahandan isə 2-3 nəfər 300 balı toplaya bilər. Bu isə ümumilikdə 5 edir, ötən il isə 45 nəfər maksimium balı toplayıb".

Bəs bu nəticələr keçid ballarına necə təsir edəcək?

"Əgər blok imtahanı ötən ilki kimi olsa belə, buraxılışın çətinliyi ballararın aşağı enməsinə təsir göstərəcək. Keçid balları 30-50 bal qədər düşə bilər. Buraxılış imtahanının nəticəsi kolleclərə də, V qrupa da təsirini göstərəcək, ballar enəcək",- deyə Ramin Nurəliyev qeyd edib.

Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilmiş buraxılış imtahanının iştirakçıları arasında 2 nəfər - Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 289 saylı orta məktəbin ("Zəngi" liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi