xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:52 – Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi 
  • 13:25 – Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü 
  • 12:40 – Daşaltı kəndinin fonunda - Fotolar 
  • 12:34 – Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar 

AzTV-nin efirində məmurlar sərt tənqid edildi: “Vəzifələrinə hörmət etmirlər” – VİDEO

13-05-2020, 11:48 65 dəfə baxılıb

AzTV-nin efirində məmurlar sərt tənqid edildi: “Vəzifələrinə hörmət etmirlər” – VİDEO


Azərbaycan Televiziyasının (AzTV) “Çıxışa doğru” verilişində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri, eləcə də ictimai qınaq və vətəndaş fəallığı müzakirə edilib.

Milli Məclisin deputatı Arzu Nağıyev qeyd edib ki, bəzi məmurlar tutduqları vəzifəyə hörmət etməlidirlər: “Problem ondadır ki, məmurlar öz vəzifələrinə hörmət etmirlər. Göründüyü kimi, cənab Prezident onları təyin edəndə tapşırıq və tövsiyələrini birmənalı şəkildə verir. Məmurlar, eləcə də millət vəkilləri vətəndaşları dinləməli, o problemlərin həlli ilə məşğul olmalıdırlar”.

Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, bəzən vətəndaşların hüquqlarını bilməməsi məmurlara daha rahat hərəkət etməyə imkan verir: “Xüsusilə regionlarda vətəndaşlar öz hüquqlarını bilmirlər. Bu da həm də onunla bağlıdır ki, bölgələrdə əhalinin çox hissəsinin başı daha çox kənd təsərrüfatı işlərinə qarışıqdır, sosial şəbəkələrdən bir qədər uzaqdırlar və s. Ancaq biz problemin həlli yollarını axtarmalıyıq. Bəzən müraciətin, şikayətin təkrar olaraq şikayət olunan yerli quruma qaytarılması vətəndaşda məyusluq yaradır”.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əlməmməd Nuriyev bildirib ki, ictimai nəzarət üçün vətəndaşın informasiyaya çıxışı təmin olunmalıdır: “İcra hakimiyyətləri hesabatlarını saytlarında yerləşdirməlidir. Gəlin, baxaq görək, nə qədər icra hakimiyyəti strukturu bunu edir?!”

Ə.Nuriyev qeyd edib ki, yerli icra hakimiyyəti orqanlarının yerli regional idarəetmə forması ilə əvəzlənməsi məsələsini də nəzərdən keçirmək olar: “Bəlkə də yerli icra hakimiyyəti orqanlarını yerli regional idarəetmə formasına qaldırmalıyıq. Bəlkə də bələdiyyələrin səlahiyyətini artırmalıyıq. Antikorrupsiya mədəniyyətini inkişaf etdirməliyik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi