xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Azərbaycanı “Avroviziya”da o təmsil edəcək

16-02-2022, 10:45 55 dəfə baxılıb

Azərbaycanı “Avroviziya”da o təmsil edəcək


İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb.

Bu il ölkəmizi İtaliyanın Turin şəhərində "Səs Azərbaycan" müsabiqəsinin qalibi, istedadlı ifaçı Nadir Rüstəmli təmsil edəcək.

İctimai TV-də yayımlanmış beynəlxalq lisenziyalı "Səs Azərbaycan"ın böyük finalında tamaşaçıların dəstəyini almış və səs çoxluğu ilə qalib seçilmiş gənc müğənni Nadir Rüstəmli 1999-cu ildə Salyan şəhərində doğulub və uşaq yaşlarından musiqi ilə məşğul olub. O, 2019-cu ildə "Youthvision" beynəlxalq tələbə mahnı müsabiqəsində ölkəmizi təmsil edib və 21 ölkə arasında Azərbaycana 2-ci yeri qazandırıb.

Ölkəmizin “Avroviziya-2022”də təmsil olunması üçün mahnı seçimi üzrə qəbul mərhələsi bu müsabiqənin rəsmi yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən başa çatdırılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, tanınmış bəstəkar İsa Məlikov bildirib ki, seçim üçün 300-dən çox mahnı təqdim edilib: "Hər zaman olduğu kimi, janrdan asılı olmayaraq, gözəl və peşəkar mahnı axtarmağa çalışırıq. Özümüzə sadiq qalaraq, mahnı seçimində bu il də ilk növbədə onun ifaçının səsi və ifa tərzi ilə nə dərəcədə uzlaşacağına önəm verəcəyik. Seçim prosesi mart ayının 2-ci həftəsində başa çatacaq və mahnı elan olunacaq", - deyə İ.Məlikov paylaşıb .

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi