xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Türkiyədəki yarışmada azərbaycanlı qadını aldatdılar

17-09-2019, 10:39 60 dəfə baxılıb

Türkiyədəki yarışmada azərbaycanlı qadını aldatdılar

Türkiyənin ATV kanalında yayımlanan "Güven bana” yarışmasının növbəti buraxılışında iştirakçılardan biri azərbaycanlı olub. Amma Gülüstan Batu evə əliboş gedib.
Azxeber.com bildirir ki, Türkiyədəki yarışmada azərbaycanlı qadını aldadıblar. O, 20 min manatdan çox itirib.

Yarışmanın formatı belədir ki, bir-birini tanımayan iki nəfər birlikdə qalib olmağa çalışır. Onlar 15 suala cavab verməlidir. Amma cəmi 2 səhv etmək şansları var. Birlikdə uğur qazanmaq üçün hər iki adam bir-birinə güvənməlidir. Çünki müəyyən mərhələdə tərəflərdən biri uyğun düyməyə tez basaraq həmin dəqiqəyə qədər qazanılan pulları götürüb gedə bilər.

Gülüstan xanım məhz birlikdə yarışdığı adama güvənməklə aldanıb. Muhsin Divan onun etimadını qazanıb, 15-ci sualdan sonra 147 min 500 lirə qazandıqları məlum olan kimi düyməyə basıb.
Gülüstan Batu yarışın gedişində Muhsin Divanın düyməyə basacağı halda hirslənməyəcəyini bildirib. Türkiyəli yarışmaçı da bu məqamı yaddan çıxarmayıb.

Ümumiyyətlə, azərbaycanlı iştirakçı bir o qədər inamlı təsir bağışlamayıb. Sualların az qala hamısına Muhsin Divan cavab verib.

Gülüstan Batu 20 ildir Antalyada yaşayır və ingilis dili müəllimidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi