xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Sərnişinlərin regionlara gediş-gəlişi necə təşkil olunacaq? — RƏSMİ AÇIQLAMA

12-08-2020, 14:30 93 dəfə baxılıb

Sərnişinlərin regionlara gediş-gəlişi necə təşkil olunacaq? — RƏSMİ AÇIQLAMA


Azərbaycandakı epidemioloji vəziyyətdən asılı olaraq gələn həftədən etibarən respublikanın regionlaırna sərəbəst gediş-gəlişin təmin olunacağı gözlənilir. Bununla bağlı artıq Nazirlər Kabineti yanındaki Operativ Qərargahın üzvləri də bu günlərdə keçirdiyi brifinqlərdə müəyyən mesajlar veriblər. Prezidentin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bir neçə gün öncə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib ki, Azərbaycanda növbəti həftələrdə rayonlara gediş-gəlişin bərpa edilməsi müzakirə olunur: “Bu addımların atılması epidimioloji vəziyyətdən asılı olacaq”.
Əgər bölgələrə gediş-gəliş yaxın vaxtlarda açılacaqsa, o zaman ilk günlərdə sərnişinlərin daşınmasında müəyyən sıxlıq yarana bilər. Sərnişinlərin daşınmasının təşkili və necə həyata keçiriləcəyi ilə bağlı “Ölkə.Az”a açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, bu barədə indidən nəsə demək tezdir: “Sərnişinlərin daşınması barədə həyata keçiriləcək Tədbrilər Planı haqqında ancaq Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəsi qərardan sonra mövqeyimizi açıqlaya bilərik. İndiki halda verəcəyimiz açıqlama cəmiyyətdə müəyyən çaşqınlıq yarada bilər. Görüləcək işlərə gəldikdə isə onu deyə bilərik ki, hər bir dövlət qurumu kimi Dövlət Avtomobil Nəqliyyatı Xidməti də Operativ Qərargahın verdiyi qərarları layiqincə icra etməkdədir. Biz də fəaliyyətimizi Operativ Qərargahın verdiyi qərarlara uyğun həyata keçiririk”.
N.Allahyarova əlavə edib ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti Operativ Qərargahın verəcəyi istənilən qərarları yerinə yetirməyə tam hazır vəziyyətdədir: “Ö cümlədən regionlara gediş-gəlişin açıqlacağı zamanı sərnişinlərin qısa zamanda mənzilə başına çatdırılmasına da hazırıq. Sadəcə bir daha qeyd edirəm ki, bu Operativ Qərargahın qərarından sonra olacaq. Şəhərlərarası və rayonlararası daşınmalarla bağlı qərar verilən kimi görüləcək Tədbirlər planı dərhal işə düşəcək və təxirəsalınmadan icra olunacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi