xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Gələn il pensiyalar nə qədər artırıla bilər?

19-11-2025, 09:38 4 dəfə baxılıb

Gələn il pensiyalar nə qədər artırıla bilər?


2025-ci ilin sonuna doğru yaxınlaşdıqca ictimaiyyəti maraqlandıran məsələlərdən biri də qarşıdakı ildə gözlənilən pensiya artımıdır. Artıq bu istiqamətdə rəsmi proqnoz da elan edilib. Bəs, 2026-cı ildə əmək pensiyaları nə qədər artırıla bilər?

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək pensiyalarının 2026-cı il üzrə indeksasiyasının təqribən 9,2 faiz səviyyəsində proqnozlaşdırıldığını bildirib. Bu isə 2026-cı ildə əmək pensiyalarının bu qədər artırılacağının gözlənildiyi deməkdir.

Xatırladaq ki, hər ilin əvvəlində bütün növ əmək pensiyaları əvvəlki il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun indeksləşdirilir. Proses hər ilin 1 yanvar tarixində ondan əvvəlki il üzrə muzdla çalışanların orta aylıq əməkhaqqının rəsmi statistikaya görə illik artımına uyğun olaraq həyata keçirilir.



Yəni əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı nə qədər artıbsa, pensiyalar da buna müvafiq olaraq artırılır. Ölkə başçısının bu barədə müvafiq sərəncamı ilə qeyd edilənlərin reallaşdırılmasına başlanılır.

Bu baxımdan il başa çatmasa da, Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla çalışanların orta aylıq əməkhaqlarındakı artım yanvar-sentyabr aylarında artıq 9,5 faizə çatıb. Göründüyü kimi, bu göstərici proqnozu az da olsa üstələyir. Lakin bu göstəricinin ilin sonuna qədər sabit qalacağı və ya daha da artacağı məlum deyil. Söhbət ondan gedir ki, yanvar-avqust ayları üzrə sözügedən göstərici bundan daha yüksək - 9,7 faiz olmuşdu.

Hər bir halda istər əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin elan etdiyi proqnoz, istərsə də faktiki göstərici 2026-cı ildə əmək pensiyalarının 9 faizdən az olmayaraq indeksləşdirilərək artırılacağını göstərir. Bu o deməkdir ki, indeksasiya proqnozu (9,2 %) reallaşarsa, 400 manat pensiya alan şəxsin pensiyası 36,8 manat (400x9,2%) artaraq 436,8 manata, 500 manat alanın pensiyası 46 manat (500x9,2%) artaraq 546 manata yüksələcək.

Azərbaycan Mərkəzi Bankı oktyabr ayında 2025-ci il üzrə 6 faiz səviyyəsində inflyasiya proqnozlaşdırıb. Bu da əmək pensiyalarının gözlənilən artım göstəricisinin inflyasiyanı üstələyəcəyindən xəbər verir.

Qeyd edək ki, minimum pensiya məbləği 2025-ci ilin fevral ayının 1-dən 320 manatdır və 2026-cı ildə bu göstəricinin sabit qalacağı gözlənilmir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi