xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:03 – Niderland vətəndaşlarının İrandan təxliyyəsinə görə Prezidentə təşəkkür etdi - Fotolar 
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 

Pensiyalar bu qədər artırılacaq - Deputat açıqladı

12-09-2024, 13:09 2 dəfə baxılıb

Pensiyalar bu qədər artırılacaq - Deputat açıqladı


"2024-cü ilin ilk 7 ayında Azərbaycanda nominal orta aylıq əmək haqqı 8.3 faiz artıb. Orta aylıq əmək haqqındakı artım faizi pensiyalardakı artımı müəyyənləşdirmək baxımından əsas meyardır. Belə ki, əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır".

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Millət vəkili qeyd edib ki, bu ildəki orta aylıq əmək haqqıdakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq" 2024-cü il üçün yekun illik göstərici gələn ilin əvvəlində elan ediləcək. Eyni zamanda, bu ilin sonuna doğru maaş məbləğlərindəki potensial dəyişikliklər də orta illik əmək haqqı faizinə təsir göstərə bilər. Daha konkret rəqəmlər ilin sonuna doğru bəlli olacaq.

Əmək pensiyaları orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Bu baxımdan, gələn ildən etibarən pensiya kapitalı da indeksləşdirilərək artırılacaq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi