xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilənlərin FOTOLARI

13-02-2023, 14:22 26 dəfə baxılıb

Zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilənlərin FOTOLARI


Səhiyyə Nazirliyinin nümayəndələri Türkiyədən təxliyə edilən və Pediatriya İnstitutunda müalicə alan vətəndaşlarımıza baş çəkiblər.

Bu barədə nazirlikdən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, qardaş Türkiyə Respublikasının bir sıra vilayətlərində baş vermiş güclü zəlzələ nəticəsində həmin bölgələrdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların digər ölkə vətəndaşları olan yaxın ailə üzvlərinin ölkəmizə təxliyəsi istiqamətində işlər davam etdirilməkdədir. Təxliyəsi həyata keçirilən vətəndaşlarımızın və onların ailə üzvlərinin lazımi tibbi və psixoloji yardımın göstərilməsi Səhiyyə Nazirliyinə tapşırılıb.
Cari ilin 10 fevral tarixində ölkəyə gətirilən vətəndaşlarımız arasında 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə Səhiyyə Nazirliyinin K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib.

Bununla əlaqədar bu gün Səhiyyə Nazirliyinin nümayəndələri Pediatriya İnstitutunda müalicə alanlara baş çəkərək, onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıblar.

Görüşdə çıxış edən Səhiyyə Nazirliyi Səhiyyənin təşkili şöbəsinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova qeyd edib ki, gələn 10 uşaqdan 6-sı oğlan, dörd nəfəri isə qızdır:

“Onlardan ən kiçiyi 8 günlükdü, ən böyüyün isə 14 yaşı var. Həmin uşaqlar dərhal onlar üçün ayrılmış palatalara yerləşdirilib, hərtərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün müayinələr artıq bitmək üzərindədir. Müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial sığınacağa göndəriləcəklər”.

Səhiyyə Nazirliyinin sektor müdiri həmçinin xatırladıb ki, dövlət baçısının müvafiq tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib. Bu məqsədlə, ümumilikdə tibb müəssisələrində 2000 çarpayı ayrılıb.
Görüş zamanı valideynlər övladları üçün yaradılmış hərtərəfli şəraitə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Zəlzələ bölgəsindən Azərbaycana təxliyə edilənlərin FOTOLARIZəlzələ bölgəsindən Azərbaycana təxliyə edilənlərin FOTOLARIZəlzələ bölgəsindən Azərbaycana təxliyə edilənlərin FOTOLARIZəlzələ bölgəsindən Azərbaycana təxliyə edilənlərin FOTOLARIZəlzələ bölgəsindən Azərbaycana təxliyə edilənlərin FOTOLARIZəlzələ bölgəsindən Azərbaycana təxliyə edilənlərin FOTOLARI






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi