xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Qəzada yaralananların xərcini kim ödəməlidir? - RƏSMİ

13-06-2022, 11:59 50 dəfə baxılıb

Qəzada yaralananların xərcini kim ödəməlidir? - RƏSMİ


Dünən Bakı-Şamaxı yolunda baş verən ağır qəzada dəymiş zərərin, eləcə də xəsarət alan şagirdlərin müayinə və müalicəsi xərclərinin kimin tərəfindən ödənilməsi də sual doğuran məqamlardan biridir.

Belə ki, turda iştirak edən 279 nömrəli məktəbin şagirdlərinin valideynləri ilə tur şirkəti arasında da mövcud məsələ ilə bağlı insident olub.

Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə açıqlamasında bildirdi ki, “Turizm haqqında” yeni qəbul olunan qanunun alt sənədləri hazır olduqdan sonra turizm şirkətləri tərəfindən öz müştərilərini sığortalamaq məcburi olacaq:

“Hazırda isə sığorta könüllüdür. Turizm şirkətləri ilə sığorta şirkətləri arasında müqaviləyə əsasən burada yol qəzaları hallarının sığorta halına salınıb salınmayacağı da müzakirə predmetidir. Xüsusi hal kimi sığorta şirkətləri bunu qəbul etməyə bilər.

Yeni qanunla turizm şirkətləri üzrə mülki məsuliyyətin icbari sığortası olacaq. Bu sığortanın paketinə daxil edilən məsələlər turizm və sıorta şirkətlərinin razılığı ilə hazırlanacaq”.

Qurum nümayəndəsinin sözlərinə görə, 2015-ci ildən turizm sahəsində lisenziyalar ləğv edilib, buna görə də şirkətlər seçimlərində sərbəstdirlər: “Sözügedən qəza halında zərərin qarşılanması üçün tur şirkətinin müştərilərini sığorta edib-etməməsi dəqiqləşdirilməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi