xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Pandemiyada ayrılan yardımın ödənilməsində pozuntular aşkarlandı

20-04-2022, 14:22 40 dəfə baxılıb

Pandemiyada ayrılan yardımın ödənilməsində pozuntular aşkarlandı


“COVID-19” pandemiyası ilə mübarizə çərçivəsində vergi ödəyicilərinə ayrılmış maliyyə dəstəyinin icrasında pozuntular aşkarlanıb.

Bu barədə “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatında qeyd edilib.

Bildirilib ki, koronavirus pandemiyasının neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən iqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi istiqamətində çevik tədbirlər həyata keçirməklə sahibkarlara maliyyə dəstəyi ayrılıb.

Sənədə əsasən, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azarbaycanın iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ila bağlı bir sıra tədbirlər haqqında” Prezidentin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin 2020-ci il 04 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən təsdiq edilən hüquqi aktda bəzi məqamlar nəzərə alınmayıb.

İlkin olaraq nəzərdə tutulan tədbirlərin büdcə tutumuna icra prosesində yenidən baxılmaqla ilkin təyinat məbləği artırılıb, lakin il ərzində icra edilməyən Tədbirlər Planının bir istiqaməti üzrə ayrılan (proqnozlaşdırılan) vəsaitlərin əsaslandırılması səviyyəsi bir o qədər də qənaətbəxş olmayıb, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştiərinin və tətillərinin verilməsi adı altında nəzərdə tutulmuş vəsait tam istifadə edilməyib, yetərli hüquqi əsasların mövcud olmadığı bəzi hallar üzrə də maliyyə dəstəyinin göstərilməsi aşkar olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi