xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Dəhşətli qətldən əvvəl çağırılan polislər evə girməyib? - Rəsmi cavab

21-02-2022, 11:36 152 dəfə baxılıb

Dəhşətli qətldən əvvəl çağırılan polislər evə girməyib? - Rəsmi cavab


Daxili İşlər Nazirliyi dünən Bakıda ana və iki azyaşlı övladının qətlindən öncə polisə məlumat verilməsi, lakin hadisə yerinə əməkdaşların laqeydlik göstərməsi ilə bağlı iddialara münasibət bildirib.

“Bununla bağlı yayılan məlumatda qeyd edilib ki, qətldən öncə evdən səs-küy gəldiyi üçün qonşular öncə qapını açmağa çalışsalar da, buna nail ola bilməyiblər və polisə məlumat veriblər. İddiaya görə, hadisə yerinə gələn polis əməkdaşları səsləri eşitsələr də, “ailə münaqişəsidir, içəri girməyə ixtiyarımız yoxdur. Siz də dağılışın burada qalmayın” deyərək çıxıb gediblər.

Məsələ ilə bağlı “Qafqazinfo” Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov sorğuuza cavab olaraq bildirib ki, artıq məsələ ilə bağlı xidməti yoxlama başlanılıb: “Törədilən bütün qətl hadisələri ilə bağlı prokurorluq orqanlarında aparılan istintaqla bərabər, eyni zamanda, Daxili İşlər Nazirliyində də xidməti yoxlamalar aparılır. Dünənki ağır faciəvi cinayətlə əlaqədar artıq hadisəni törətməkdə şübhəli bilinən Əhəd Əliyev müəyyən edilərək saxlanılıb. Bu hadisə ilə bağlı başlanan cinayət işi üzrə prokurorluqda istintaq aparılır.

Həmçinin, Daxili İşlər Nazirliyində də bu qətl hadisəsi ilə bağlı xidməti yoxlama aparılır. Xidməti yoxlama zamanı polis əməkdaşlarının hər hansı fəaliyyətsizliyi, yaxud səhlənkarlığı ilə əlaqəli hansısa məqam üzə çıxarsa, dərhal müvafiq qaydada tədbir görüləcək.

Sosial şəbəkələrdə yayılan iddialar hələ ki, təsdiqini tapmayıb. Bir nüansı nəzərə almaq lazımdır ki, cinayəti törədən mərhumların yaxın qohumudur, daim gediş-gəlişi olan, ailənin bir üzvü kimi yaxın olan bir şəxsdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi