xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 12:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 

Yaxın günlərdə pensiya və maaş artımı ilə bağlı qərar veriləcək

19-01-2022, 15:30 55 dəfə baxılıb

Yaxın günlərdə pensiya və maaş artımı ilə bağlı qərar veriləcək


“Mövcud qaydalara əsasən, pensiya kapitalı əvvəlki ildəki inflyasiya səviyyəsinə, əmək pensiyaları isə əvvəlki ildəki orta aylıq əməkhaqqındakı artım faizinə indeksiasiya olunur”.

"Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, artıq Dövlət Statistika Komitəsi tərəfindən illik inflyasiya göstəricisi elan olunub:

"Bu o deməkdir ki, vətəndaşların pensiya kapitalı, yəni pensiya yığımları əvvəlki ilin inflyasiya səviyyəsinə indeksasiya olunacaq:

Yaxın günlərdə pensiya və maaş artımı ilə bağlı qərar veriləcək


“Məsələn, söhbət xüsusən də pensiya yaşı tamam olmayan, amma pensiya kapitalı olan vətəndaşlardan gedir. Vətəndaşın pensiya kapitalı 30 min manatdır. Amma onun pensiya yaşı tamam olmasa da, 2021-ci ildəki inflyasiya səviyyəsinə uyğun olaraq indeksiasiya olunacaq. Yəni, 30 min manatın üzərinə 6,7 faiz inflyasiya səviyyəsinə uyğun olaraq, əlavə indeksasiya məbləği gələcək. Onun pensiya kapitalı avtomatik olaraq, yanvar ayından etibarən artmış olacaq. Bu da gələcəkdə həmin şəxsin pensiyası hesablanan zaman pensiya məbləğinə təsir göstərəcək”.

Deputat qeyd edib ki, yaxın günlərdə orta aylıq əməkhaqqındakı artım faizi də elan oluncaq:

“Daha sonra isə əmək pensiyaları həmin faizə indeksiasiya olunacaq və praktik olaraq yaxın vaxtlarda pensiya kapitalının, eləcə də əmək pensiyalarının indeksiasiyası ilə bağlı qərarın veriləcəyi gözlənilir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi