xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Azərbaycanda qadınların pensiyaya çıxma yaşı yüksəldilir

7-06-2021, 14:01 145 dəfə baxılıb

Azərbaycanda qadınların pensiyaya çıxma yaşı yüksəldilir


2021-ci ilin iyulun 1-dən sonra qadınlar 62,5 yaşında pensiyaya çıxa biləcək.

İyulun 1-nə qədər qadınlar 62 yaşında pensiya çıxmaq hüququna sahib idi.

"Qadınların pensiyaya çıxma yaşının artırılması "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə edilən dəyişikliklə bağlıdır. Qanuna əsasən, 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dən yaşa görə pensiya çıxacaq qadınların yaş həddi hər il 6 ay artırılır. Ardıcıllığa uyğun olaraq qadınlar 2021-ci ilin iyulun 1-dən 2022-ci ilin iyunun 30-na kimi 62,5 yaşda pensiya çıxacaqlar.

Hazırda pensiyaçıların 57 faizindən çoxu, yaşa görə pensiya alanların isə 63 faizi qadınlardır.
Qeyd edək ki, indi kişilər 65 yaşında pensiyaya çıxır. Yaşa görə pensiyaya çıxa bilmək üçün pensiya kapitalı minimum 28 800 manat olmalıdır və ya rəsmi iş stajı 25 ildən az olmamalıdır. İki şərtdən biri ödənmədikdə kişilər 65 yaşa, qadınlar isə 62,5 yaşa çatdıqda yaşa görə pensiya yox, müavinət alırlar. Hazırda müavinətin məbləği 130 manatdır. /sfera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi