xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Operativ Qərargahın bu qadağasının aradan qaldırıldığı təsdiqləndi - RƏSMİ

24-05-2021, 10:51 55 dəfə baxılıb

Operativ Qərargahın bu qadağasının aradan qaldırıldığı təsdiqləndi - RƏSMİ


Qurum rəsmisi qadağanın aradan qaldırılmasını təsdiqləyib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ötən ildən bəri ölkəmizdə bir sıra fəaliyyət növləri ilə yanaşı əyləncə məkanları ilə bağlı da qadağalar qoyulmuşdu.

Bu qadağalardan biri də bulvar ərazisində istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının fəaliyyəti ilə bağlı idi. Sonradan Dənizkənarı Milli Parkın ərazisinə girişə qoyulan məhdudiyyət aradan qaldırılsa da, gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğularının fəaliyyəti ilə bağlı qadağalar qalmaqda idi.

Dənizkənarı Bulvar İdarəsində İdarə Heyətinin sədrinin müşaviri Könül İmamverdiyeva “Ölkə.az”a açıqlamasında bildirib ki, artıq gəzinti gəmilərinə qoyulan məhdudiyyət aradan qaldırıb. O, havaların isinməsi ilə əlaqədar olaraq bulvarda gəzinti gəmilərinin fəaliyyətini bərpa etdiyini söyləyib:

“Artıq mayın ortasından gəzinti gəmiləri gəmiləri fəaliyyətə başlayıb. Sosial məsafəni qorumaq şərti ilə gəmi səfərlərinə icazə verilir. Yəni gəmi Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə uyğun olaraq istifadəyə verilib. Hava yaxşı olan günlərdə gəmilər gəzintiyə çıxsa da, küləkli havalarda səfərlər olmur.

K.İmamverdiyeva bulvar ərazisindəki attraksionların fəaliyyətini nə vaxt bərpa edəcəyi ilə bağlı hələlik dəqiq məlumat olmadığını söyləyib:

“Gəmilərdə sosial məsafəni gözləmək olur. Amma uşaqların istifadə etdiyi attraksionlarda bu qaydalara riayət etmək mümkün deyil. Attraksionlarla bağlı Operativ Qərargah nə qərar verəcəksə, o zaman istifadəyə verəcəyik. Hələlik bulvada atrraksionların istifadəsinə icazə verilmir” – K.İmamverdiyeva “Ölkə.az”a açıqlamasında deyib.

Qeyd edək ki, gəzinti gəmilərinin fəaliyyəti bir müddətdir müşahidə olunsa da, bu barədə rəsmi açıqlama verilməmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi