xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

“Rayonların sayı azaldılmalıdır” - YENİ MODEL TƏKLİFİ

15-03-2021, 11:58 187 dəfə baxılıb

“Rayonların sayı azaldılmalıdır” - YENİ MODEL TƏKLİFİ


Ölkədə yaranmış vəziyyət, icra hakimiyyətlərindən artan narazılıq idarəetmə islahatlarının aparılmasını zəruri edir. Ekspertlər hesab edir ki, Sovet dövründən qalma strukturların yeni mərhələdə işə yaramır.

Məsələn, İcra hakimiyyətləri əhalinin ən çox narazı qaldığı dövlət qurumu sayılır. İşğaldan azad olunmuş Şuşa şəhərində Prezidentin nümayəndəsinin təyin olunması, bu strukturun əsasnaməsinin yaradılması İcra hakimiyyətlərinin ləğv ediləcəyinə dair fikirlərin yayılmasına gətirib çıxarıb.

Büdcəyə qənaət etmək üçün İcra hakimiyyətləri və ya nümayəndəlik institutunun regional əsasda fəaliyyəti mümkündürmü? Azərbaycanda 10 iqtisadi rayon var: Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Lənkəran, Naxçıvan. Nümayəndəlik insitutut Naxçıvan Muxtar Respublikası istisna olmaqla qalan 9 bölgə üzrə tətbiq edilə bilərmi?

Ümid Partiyası sədrinin müavini, politoloq Taleh Əliyev Cebhe.info-ya açıqlamasında deyib ki, inzibati ərazi bölgüsünün dəyişdirilməsi aktual məsələyə çevrilib:

“Azərbaycan müstəqlillik qazandığı vaxtdan ölkəmizin inzibati ərazi bölgüsü ilə bağlı müxtəlif təkliflər səsləndirilib. Bu sual günümüzdə də çox aktualdır. İnkişaf etmiş ölkələrin inzibati ərazi bölgüsü ilə müqayisə etsək deyə bilərik ki, ölkəmizdə mövcud olan inzibati ərazi bölgüsü heç də ideal deyil.

Xüsusilə də müstəqillik dövründə yaradılmış rayonların çoxu özünü tam doğrultmayıb. Ümid Partiyası olaraq hesab edirik ki, mövcud rayonların bir qisminin birləşdirilməsi ilə ölkəmizdə təxminən 50 inzibati ərazi bölgüsünün saxlanılması daha məqsəduyğun olardı”.

Taleh Əliyev hesab edir ki, hazırkı bələdiyyə institutu da inkişafetdirilməlidir: “Eyni zamanda hazırkı bələdiyyə sisteminin əvəzinə qardaş Türkiyə Cümhuriyyətində mövcud olan modelə yaxın bir sistem formalaşmalıdır. Şəhərlərdə xüsusilə də Bakı və Gəncə şəhərlərində böyük şəhər bələdiyyəsi, kənd rayonlarında isə rayon bələdiyyə məclisləri yaradılmalıdır.

Hesab edirik ki, belə geniş səlahiyyətlərə malik olan bələdiyyələr özünü real yerli idarəetmə orqanları kimi təsdiq edərək əhalinin yerli səviyyəli xüsusilə də sosial, iqtisadi və ekoloji problemlərinin öhdəsindən gələ bilər.

Hazırkı iqtisadi rayonların bazasında inzibati ərazi bölgüsünün yaradılmasını isə doğru hesab etmirik. Belə bir inzibati bölgü Azərbaycanı birləşdirmək əvəzinə yenidən regonlara bölə bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi