xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Bu şəxslər vaksinasiyadan imtina edərsə, pensiyaları kəsiləcək? - RƏSMİ CAVAB

16-02-2021, 10:13 43 dəfə baxılıb

Bu şəxslər vaksinasiyadan imtina edərsə, pensiyaları kəsiləcək? - RƏSMİ CAVAB


Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi həyata keçirilir.
Baku.ws bildirir ki, bu kateqoriyadan olan şəxslər randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər.

Peyvəndə görə qeydiyyatdan keçməli olub, lakin kompüterdən istifadə edə bilməyən vətəndaşlara poliklinikalar yardım göstərir.

Ölkədə 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasının getdiyi bir vaxtda peydənddən imtina edənlərə müəyyən cəzaların tətbiq olunacağı barədə şayiələr yayılmağa başlayıb. Sosial şəbəkədə səslənən iddialara görə, yaşı 65-dən yuxarı olan vətəndaşlara vaksinasiya prosesindən imtina edəcəyi təqdirdə pensiyalarının kəsiləcəyi bildirilib.

Bu iddianın nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Qurumdan baku.ws-in sorğusuna cavab olaraq bildirildi ki, iddialar əsassızdır və həqiqəti əks etdirmir:

"Yaşı 65-dən yuxarı olan vətəndaşların vaksinasiya prosesindən imtina edəcəyi təqdirdə guya pensiyalarının kəsilməsi ilə bağlı məlumatlar tamamilə əsassızdır, yalan və şayiədən başqa bir şey deyil.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu olaraq, pensiya məsələləri ilə bağlı hansısa uydurmalara deyil, yalnız rəsmi qurumlardan yayılan məlumatlara istinad edilməsini tövsiyə edirik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi