xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

XİN: Ermənistan xarici terrorçu qüvvələr və muzdlulardan istifadə edir

5-10-2020, 13:41 76 dəfə baxılıb

XİN: Ermənistan xarici terrorçu qüvvələr və muzdlulardan istifadə edir


"Son hadisələr çərçivəsində Ermənistan tərəfindən geniş şəkildə xarici terrorçu qüvvələr və muzdlulardan Azərbaycana qarşı istifadə olunur".
Report xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Yaxın Şərq bölgəsindən, xüsusilə də Suriya, Livan, Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən erməni əsilli şəxslərin işğal olunmuş ərazilərə gəlməsi və yaxud bu istiqamətdə yola düşməsi ilə bağlı açıq faktlar və məlumatlara rast gəlinir:

"Ermənistan siyasi rəhbərliyi Azərbaycanın işğal olunmuş ərazidlərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirmiş və bununla əlaqədar bir müddət öncə Livanda baş vermiş partlayışdan sonra çbu ölkədəki erməni əsilli şəxslərin Azərbaycanın işğal olunmu ərazilərində yerləşdirilməsi ilə bağlı nümayişkəranə şəkildə qeyri-qanuni fəaliyyətini davam etdirib. Daha sonra "Müdafiə haqqında" qanuna dəyişiklik edərək könüllü silahlı qruplaşmaların yaradıldığını elan edən Ermənistan artıq bu bölgədən köçürdüyü insanların daha sonradan hərbi birləşmələrə inteqrasiya edilməsi və Azərbaycana qarşı aparılan döyüşlərdə istifadə olunası məqsədi güdür. Son zamanlar biz Ermənsitan hökumətinin xaricdə fəaliyyət göstərən diaspor təşkilatları vasitəsilə xaricdəki ermənilərin toplanması və Ermənistana yola düşməsi, həmçinin bu istiqamətdə maliyyələşdirmə, dəstək tədbirlərinin, ianələrin ayrılması ilə bağı böyük canfəşanlıqla fəaliyyət göstərdiyini açıq şəkildə müşahidə edirik".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi