xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Deputat Lerik-Yardımlı rayonlarını birləşdirən yol çəkilməsini TƏKLİF ETDİ

19-06-2020, 14:29 91 dəfə baxılıb

Deputat Lerik-Yardımlı rayonlarını birləşdirən yol çəkilməsini TƏKLİF ETDİ


Deputat İqbal Məmmədov Lerik-Yardımlı rayonlarını birləşdirən yol çəkilməsini hökumət qarşısında qaldırıb.
Parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında çıxış edən deputat İqbal Məmmədov Leriklə Yardımlı arasında yol çəkilməsini hökumətə təklif edib. "Leriklə Yardımlı qonşu rayon olsa da, tarixən bu iki rayonu birləşdirən abad yol olmayıb. Baxmayaraq ki, iki rayon mərkəzi arasındakı məsafə 25-30 km məsafə olsa da, yol olmadığından, insanlar 180 km-lik məsafə qət edərək Yardımlı-Masallı-Lənkəran- Lerik dairəvi yolundan istifadə etməli olurlar. Bununla bağlı dəfələrlə müvafiq qurumlar qarşında qaldırsa da, nəticəsi olmayıb. Hökumətə təklif edirəm ki, bu məsələni nəzərə alsın və iki rayon mərkəzini birbaşa birləşdirən yeni yolun çəkilişini plana salıb, maliyyə vəsaiti ayırsın"- deputat qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi