xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Deputat: “Bir rayonda icra başçısı həbs olunur, sanki bunun o biri rayona adiyyatı yoxdur, rüşvət alır”

1-05-2020, 12:59 83 dəfə baxılıb

Deputat: “Bir rayonda icra başçısı həbs olunur, sanki bunun o biri rayona adiyyatı yoxdur, rüşvət alır”


Bir rayonda İcra başçısı həbs olunur, digər rayonlarda isə icra başçıları rüşvət almağa davam edir.
Bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə Hesablama Palatasının illik məruzəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu gün Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi ölkədə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə apararaq əməliyyatlar keçirir: “Bir rayonda icra başçısı həbs olunur, sanki bunun o biri rayona adiyyatı yoxdur. Digər rayonların icra başçıları rüşvət almağa davam edir. Onlar qorxmadan, əminliklə bunu davam etdirirlər. Nədənsə onların məsuliyyətdən yayınacaqlarına dair daxillərində bir inam var. Əgər bizdə insanlar bilsə ki, rüşvət verdiyinə görə sabah cinayət işi açılanda, onu da məsuliyyətə cəlb edəcəklər, onda qorxub rüşvət verməkdən yayınar”.

Deputat onu da bildiirb ki, Hesablama Palatası yoxlamalar aparıb nöqsanları aşkar edir və bununla bağlı müvafiq dövlət qurumlarına təkliflər göndərir: “Dövlət qurumları isə əziyyət çəkirlər ki, qanunlarda boşluq olsun, onlar da bundan sui-istifadə etsin. Vüqar müəllim( Vüqar Gülməmmədov-red), buna görə də təklifləri bizə göndərin ki, o boşluqları görək və aradan qaldıraq. Biz qanunların icrası ilə məşğul olmuruq deyə boşluqları görmürük”.
Deputat hesab edir ki. bütün bunlar bird aha sistemli islahatların həyata keçirilməsini zəruri edir: “Məhkəmə-hüququ sitemində islahatlar dərinləşdirilməlidir. Qanunvericilik bazası təkmilləşdirilməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi