xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Əmirin qızı: “Nənəm ermənidir” – İrəvanda Azərbaycan və Türkiyəyə xəyanət

3-03-2020, 16:17 80 dəfə baxılıb

Əmirin qızı: “Nənəm ermənidir” – İrəvanda Azərbaycan və Türkiyəyə xəyanət


Küveytin 14-cü əmirinin qızı Şeyx Hess Səd əl-Abdulla əl-Sabah Ermənistana səfər edib.

O, Ermənistana səfəri çərçivəsində bu ölkənin birinci xanımı, Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla görüşüb.

Söhbət əsnasında əmirin qızı bundan əvvəl Ermənistana etdiyi səfərlərdən danışıb, Ermənistanın sevimli ölkələrindən biri olduğunu bildirib.

Qondarma erməni soyqırımı haqda danışan Əl-Sabah nənəsinin erməni olduğunu deyib.

Onun səfər çərçivəsində İrəvandakı qondarma erməni soyqırımı abidəsini ziyarət edəcəyi bildirilib.

Əlavə edək ki, son dövrlərdə bir sıra ərəb dövlətlərinin rəhbər şəxslərinin, o cümlədən ailə üzvlərinin Ermənistana səfəri istər Azərbaycanda, istərsə də Türkiyədə birmənalı qarşılanmır. Səfərləri çərçivəsində qondarma erməni soyqırımı abidəsini ziyarət edən ərəb rəsmiləri bununla Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri fonunda kimin yanında dayandıqlarını açıq şəkildə nümayiş etdirirlər. /Teleqraf.com/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi