xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 12:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 
  • 12:11 – İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - Fotolar 
  • 10:39 – Dövlət başçısı: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür 

Xarici İşlər Nazirliyi bəyanat yaydı

Bugün, 09:24 1 dəfə baxılıb

Xarici İşlər Nazirliyi bəyanat yaydı


Azərbaycan Xarici İşlər Nazirliyi 27 sentyabr – Anım Gününə dair bəyanat yayıb.

“Bəyanatda deyilir:

“27 sentyabr – Anım Gününün növbəti ildönümündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirik.

2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olmaqla, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələndi.

Bu tarixi nəticənin qazanılmasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi, xalqımızın həmrəyliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və vətən qarşısında nümayiş etdirdiyi yüksək peşəkarlığı mühüm rol oynadı.

27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi şəhidlərimizin əziz xatirəsinə dövlət və xalq səviyyəsində göstərilən ehtiramın ifadəsidir. Bu gün Vətən uğrunda həyatını qurban vermiş hər bir şəhidimizin fədakarlığı, eləcə də müharibə iştirakçılarının və qazilərimizin göstərdiyi şücaət bir daha ehtiramla yad edilir.

Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, münaqişənin humanitar nəticələrinin, o cümlədən mina təhlükəsinin aradan qaldırılması, keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıdışının təmini və eləcə də münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə ən böyük ehtiram onların uğrunda mübarizə apardıqları dəyərlərin – müstəqillik, ərazi bütövlüyü, suverenlik və milli həmrəyliyin qorunması, habelə regionda dayanıqlı sülh və təhlükəsizliyin möhkəmləndirilməsidir.

Bu baxımdan, Vətən müharibəsi qəhrəmanlarının müqəddəs xatirəsi Azərbaycanın gələcək nəsillərə ötürəcəyi mühüm tarixi və mənəvi irs olaraq daim yaşayacaqdır.

27 sentyabr – Anım Günündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir daha dərin ehtiramla yad edir, bu yolda sağlamlıqlarını fəda etmiş müharibə iştirakçılarına cansağlığı arzulayırıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi