xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Prezident Milli Məclisə yeni seçkilər təyin edəcək

14-02-2020, 11:57 88 dəfə baxılıb

Prezident Milli Məclisə yeni seçkilər təyin edəcək


Mərkəzi Seçki Komissiyasının (MSK) fevrlın 13-də keçirdiyi iclasda 9 fevral 2020-ci ildə Milli Məclisə keçirilən seçkilərin yekunları ilə əlaqədar olaraq 4 seçki dairəsinin nəticələri ləğv olunub.
Azərbaycan Konstitusiyası və seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq nəticələri ləğv edilmiş seçki dairələrindən təkrar seçkilər keçirilməlidir.

Seçki Məcəlləsinin 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası (MSK) təkrar seçkilər keçirir.

Qanunvericiliyin tələblərinə uyğun olaraq Milli Məclisə keçirilən növbədənkənar parlament seçkilərində nəticələri ləğv edilmiş seçki dairələrində təkrar seçkilər seçkilərin nəticələri tam yekunlaşdıqdan sonra və Konstitusiya Məhkəməsindən rəyindən sonra keçirilə bilər.

Hazırda MSK növbədənkənar parlament seçkiləri ilə bağlı daxil olmuş şikayətlərə baxır. MSK qanunvericiliyin tələbinə uyğun olaraq dairə seçki komissiyalarından daxil olan protokolları səsvermə günüdən ən geci 20 gün müddətində Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi də öz növəbsində MSK-nın təqdim etdiyi protokolları uyğun olaraq araşdırıb yekun rəy verməlidir. Konstitusiya Məhkəməsi seçkinin nəticələrini həm tam, həm də müəyyən dairələr üzrə ləğv etmək hüququna malikdir.

Ancaq növbədənkənar parlament seçkiləri ilə bağlı təkrar seçkilər Konstitusiya Məhkəməsinin yekun rəyindən sonra Azərbaycan Pezidentinin qərarı ilə keçirilməlidir.

Çünki Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin, eyni zamanda Seçki Məcəlləsinin 145-ci maddəsinin tələblərinə uyğun olaraq Milli Məclisə seçkilər və günü Prezident tərəfindən təyin olunur.

Seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq MSK Prezident tərəfindən elan olunmuş seçkinin keçirilməsini təşkil edir.
9 fevral Milli Məclisə keçirilmiş növbədənkənar parlament seçkilərində nəticələri ləğv edilmiş seçki dairələri üzrə təkrar seçkilər və onun keçirilmə vaxtı ilə bağlı Azərbaycan Prezidenti tərəfindən müvafiq sərəncam olacaq.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilən iclasında 33 saylı Xətai Birinci Seçki Dairəsi, 35 saylı Xətai Üçüncü Seçki Dairəsi, 74 saylı Lənkəran Kənd Seçki Dairəsi və 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilib.

MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairələrdə müvafiq olaraq Hüseynbala Mirələmov, Rauf Arifoğlu, Hadi Rəcəbli və Çingiz Qənizadə lider namizəd idilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi