Tacikistanın Baş naziri Koxir Rasulzoda Bakıda Zəfər parkını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Tacikistanın Baş naziri Zəfər abidəsinin önünə əklil qoyub.
Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.