xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Prezidentin Zəngəzur dəhlizi açıqlaması və ona mane olmaq istəyənlərin iddiaları

13-08-2026, 14:22 7 dəfə baxılıb

Prezidentin Zəngəzur dəhlizi açıqlaması və ona mane olmaq istəyənlərin iddiaları


Azərbaycan Prezidenti cənab İlham Əliyevin AzTV-yə müsahibəsində Zəngəzur dəhlizinin açılmasının üçtərəfli bəyanata salınması ilə Ermənistanın heç cür razılaşmaq istəmədiyini və sənədin özünün isə kapitulyasiya aktı olduğunu vurğulaması elə-belə deyildi.

Deputat Sahib Alıyev bunu dövlət başçısının Naxçıvana səfəri barədə Musavat.com-a açıqlaması zamanı söyləyib. Milli Məclisin üzvü əlavə edib ki, indi qonşu ölkədə TRİPP marşrutunu - Zəngəzur dəhlizini - öz iradələrinin də nəticəsi və hətta Ermənistan - ABŞ ikitərəfli layihəsi kimi təqdim etməyə çalışsalar da, reallıq fərqlidir:

"Reallığın fərqli olduğunu dəhlizin açılmasını Ermənistanın hər fürsətdə ləngitməyə çalışması və nəhayət, Azərbaycan Prezidenti ilə cənab Tramp arasındakı son telefon danışığında diqqət mərkəzindəki məsələlərdən birinin məhz onun tikintisi ilə bağlı olması da təsdiqləyir.

Dövlətimizin başçısı onu da bildirdi ki, Vaşinqton Sülh Sammiti öncəsi ABŞ ilə aparılan danışıqlarda da qarşı tərəfin diqqətinə Azərbaycanla Ermənistan arasında normallaşmanın bu dəhlizsiz mümkün olmayacağı çatdırılıb. Düzdür, bu dəhlizin açılmasını qətiyyən istəməyənlər, hər cür maneçilik törətməyə çalışanlar da ondan faydalanacaqlar. Amma dəhlizin açılmasının arxasında bir iradə var, o da Azərbaycanın iradəsidir”.
S.Alıyevin sözlərinə görə, Naxçıvanda reallaşdırılan və reallaşdırılması planlaşdırılan infrastruktur layihələri də göstərir ki, Azərbaycan dövləti Zəngəzur dəhlizinə sadəcə ölkəmizin bir hissəsini digəri ilə birləşdirən, yaxud da türk dünyası arasında bağlantını təmin edən yol kimi baxmır: “Zəngəzur dəhlizinin açılması, Naxçıvanda nəzərdə tutulan infrastruktur quruculuğu Azərbaycanın bu bəzi təhdidlərə həssas bölgəsini təsiri regionun sərhədlərini aşan logistik mərkəzə çevirir. Atabəylər dövlətinin qədim paytaxtı Naxçıvanın önündə yeni perspektivlər açılır. Ora milli potensialın yönləndirildiyi və onun artmasına xidmət edən strateji plasdarmlardan biri, bəlkə də ən önəmlisi olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi