xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO

16-07-2026, 12:14 3 dəfə baxılıb

İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib - FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da "John Deere" şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.

Söhbət zamanı dövlətimizin başçısının Çaba Leyko ilə ötən il Bakıda görüşü məmnunluqla xatırlanıb.

Qonaqlar ölkəmizdə gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdığını deyiblər.

"John Deere" şirkətinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunan Çaba Leyko ölkəmizlə əməkdaşlığı genişləndirilməkdə maraqlı olduqlarını bildirib.

Görüş əsnasında ölkəmizdə kənd təsərrüfatının geniş potensialının olduğu vurğulanıb, bu sahədə müasir texnologiyaların tətbiq edildiyi bildirilib, kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlərə toxunulub və bu xüsusda qəbul olunmuş yeni Dövlət Proqramının əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Azərbaycanla "John Deere" şirkəti arasında gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib, kənd təsərrüfatının bir çox istiqaməti üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Qeyd edək ki, "John Deere" 1837-ci ildə ABŞ-də yaradılıb. Kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı sahəsində qlobal miqyasda aparıcı şirkətlərdən biri olan "John Deere"nin 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi