xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 19:30 – Prezidentlər Qolf Klubun açılışında iştirak etdilər - FOTOLAR 
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 15:07 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 

Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…

12-06-2026, 13:09 6 dəfə baxılıb

Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…


"15 iyun milli siyasi təqvimdə yalnız 1993-cü ilin hadisələri ilə bağlı deyil - çarizmdən Cümhuriyyətə, Sovetlərdən müstəqilliyə qədər yüz ilin tarixiləşən simvoludur.
1920-ci ildə Demokratik Respublika süquta uğradı. Lakin plan Azərbaycanı sovetləşdirməklə bitmirdi, həm də yad rəhbərləri xalqımıza hakim təyin etmək idi. Bolşeviklər hakimiyyətinin ilk 13 ilində respublikamıza başçılıq edən 11 nəfərdən yalnız ikisi etnik azərbaycanlı idi. Qalanları erməni, gürcü, yəhudi, ruslardı.

1926-1929-cu illərdə Levon Mirzoyan respublikamıza rəhbər təyin edildi. Daha sonra Ruben Rubenov. Torpaqlarımıza iddiası olan bir xalqın nümayəndələrini gətirib bizə başçı qoyurdular. Nəhayət, yerli kadr Mircəfər Bağırov milli quruculuq və repressiyaları eyni qələmlə imzaladığı üçün tarixdə ziddiyətli şəxs kimi qaldı".

Bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.
Deputat bildirib ki, iki əsr boyu Azərbaycana ya çarizmin canişinləri, ya qırmızı komissarlar, ya da Moskvanın adamları başçılıq edirdi – 1969-cu ildə ilk dəfə bir şəxsiyyət həm Azərbaycanın, həm də imperiyanın rəhbəri oldu: "Əsil Milli Qurtuluş həmin tarixdən başlanır. Atatürkdən fərqli olaraq, Ulu öndər altı yüz illik tarixi miras üzərində yox, totalitar sistemin içindən xalqını gələcək müstəqilliyə hazırlayaraq dövlət qurdu.

Heydər Əliyevin Kremldən Bakıya, oradan Naxçıvana, nəhayət 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı Zəfərimizin təməllərinin qoyulduğu Böyük Qayıdış hadisəsidir.
1990-cı illərdə bir yazıçı parlament tribunasından "Qarabağ heç vaxt indiki qədər bizim olmayıb" demişdi. Halbuki Qarabağ yalnız indi - təkcə işğaldan yox, həm də milli dövlətçiliyimiz üçün iki əsrlik minaya çevrilməsinə son qoyulandan sonra - həqiqətən də heç vaxt indiki qədər bizim olmayıb. Bəli, "erməni məsələsi" Azərbaycan coğrafiyasından kənara çıxarılıb.
Lakin təkcə azad Qarabağ yox, həm də Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb. Bakı da, neft də, torpaqlar da, bayraq da - bir sözlə, müstəqil dövlətin sahibi xalqımızdır. Azadlıq təkcə sovetlərdən xilas, yaxud 1993-cü ilin xaosundan qurtulmaq deyil, əsil Milli Qurtuluş iki əsrlik savaşın qalibi olmaqdır.

Prezident torpaqlarımızın azadlığından danışanda "mənim dövrümdə yetişən vətənpərvər gənclik" sözünü qürurla vurğulayır. Həqiqətdir. Lakin tarixə ədalətlə baxsaq, 1990-cı illərdə Ermənistanın təcavüzünə qarşı vuruşan oğullar da məhz Heydər Əliyevin sovet Azərbaycanında formalaşdırdığı nəsildir. Onlar məğlub olmadılar. Uduzan rəhbərlər idi.
Hər iki Qarabağ müharibəsi mahiyyətcə vahid bir savaşdır. Birincisi yarımçıq qalmışdı: çünki Ali Baş Komandansız idi. İkincisi İlham Əliyevin liderliyi ilə qalibiyyətlə başa çatdı: hər iki nəslin birgə iradəsindən Qələbə bayrağı ucaldı.

Biz Qurtuluşdan Zəfərə gələrək məğlubiyyət və işğala son qoyduq, imperiya paytaxtlarından idarə olunmaqdan, daimi torpaq itkilərindən, ömürlük köçkünlükdən əbədi xilas olduq".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi