xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 
  • 09:20 – İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır 
  • 14:49 – Azərbaycanın “C6” formatında iştirakı... - Prezidentdən MÜHÜM AÇIQLAMA 

Deputatdan təklif: Qadınların pensiya məbləğləri artırılsın

26-05-2026, 12:24 7 dəfə baxılıb

Deputatdan təklif: Qadınların pensiya məbləğləri artırılsın


Hazırda ölkədə məşğul əhalinin 2 milyon 414 min nəfərini qadınlar təşkil edir, kişilərin sayı isə 2 milyon 615 min nəfərdir. İşçi qüvvəsində qadınların sayı isə 2 milyon 571 min nəfərə çatır.

Bunu deputat Vüqar Bayramov parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda qadınların orta aylıq əmək haqqısı kişilərin orta əmək haqqısının 69,1 faizinə bərabərdir. "Qlobal miqyasda isə bu göstərici 77–80 faiz civarındadır. Qadınların ən çox çalışdığı sahə təhsil sektorudur. Əmək müqaviləsi ilə çalışan 722 min 147 qadından 242 min 801 nəfəri məhz bu sahədə fəaliyyət göstərir ki, bu da muzdlu qadın işçilərin 33,6 faizini təşkil edir. Qadınların üstünlük verdiyi ikinci böyük sektor səhiyyə və sosial xidmətlər sahəsidir. Bu istiqamətdə 116 min 976 qadın çalışır və ümumi payda 16,2 faiz təşkil edir. İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır. Bu sahədə 95 min 566 qadının əmək müqaviləsi qeydiyyata alınıb",- o vurğulayıb.

Deputat əlavə edib ki, qadınların orta aylıq əmək haqqısına görə ən yüksək göstərici mədənçıxarma sənayesində qeydə alınır və bu sahədə qadın işçilərin orta maaşı 2915 manatdır: "Daha sonra maliyyə və sığorta sektorunda çalışan qadınların orta aylıq əmək haqqısı 1813 manat, informasiya və rabitə sektorunda isə 1353 manat təşkil edir. Təhsil sektorunda çalışan qadınların orta aylıq maaşı isə 731 manatdır.

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərinə qadın sahibkarların çıxış imkanlarının artırılması üçün iqtisadiyyatın sahələri üzrə prioritet istiqamətlər ilə yanaşı, qadın sahibkarlar üçün kvotaların müəyyənləşdirilməsi məqsədəuyğun olardı.

Yaşa görə əmək pensiyası hesablanan zaman qadınların pensiya kapitalına xüsusi əmsalların tətbiq edilməsi və bununla da onların pensiya məbləğlərinin artırılmasına nail olunmasını təklif edərdim.

Pensiya yaşı ilə bağlı güzəştlərin kateqoriyasına keyfiyyət meyarlarının əlavə olunması və tək qadınlara daha tez pensiyaya çıxma hüququnun verilməsi məqsədəuyğun olardı.
Süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə qadınların iqtisadi dəyər yaratmaq imkanlarının genişləndirilməsi gender siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
 Valyuta məzənnəsi