xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Bakı növbəti beynəlxalq tədbirə ev sahibliyinə hazırlaşır

20-05-2026, 13:14 7 dəfə baxılıb

Bakı növbəti beynəlxalq tədbirə ev sahibliyinə hazırlaşır


İyunun əvvəlində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı İslam Zirvə görüşü Bakıda keçiriləcək.

İƏT zirvə görüşünün iyunun 3-5 tarixlərində Bakıda keçiirlməsi nəzərdə tutulur.

Zirvə toplantısında İƏT-ə sədrlik Qambiyadan Azərbaycana rəsmi olaraq ötürüləcək və ölkəmiz quruma sədrliyi öz üzərinə götürəcək.
İƏT dövlət başçılarının 16-cı İslam Sammitinin Bakıda keçirilməsi qərarı 2024-cü ilin may ayında Qambiyanın Bancul şəhərində baş tutan İƏT-in 15-ci İslam Sammitində rəsmən təsdiqlənib.

Sammitin sonunda Banjul Sammitinin yekunlarına dair qəbul olunmuş Yekun Kommunikedə həmçinin bu istiqamətdə Bakıda təşkil olunacaq Sammitin həyata keçirilməsində əməkdaşlığa çağırış olunub.

Kommunike, eyni zamanda “Bakı prosesi” çərçivəsində təşkil olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsini alqışlayıb, habelə BMT sistemində, xüsusilə Təhlükəsizlik Şurasının strukturunda coğrafi təmsilçiliyin daha ədalətli bölgüsünə çağırış edib.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT - 2011-ci ilə qədər İslam Konfransı Təşkilatı adlanıb)1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılıb. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İƏT yanında müşahidəçi statusuna malikdirlər. Təşkilata 57 dövlət daxildir.

Azərbaycan 1991-ci ilin dekabrında öz müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatının üzvü olub, həmçinin İƏT ölkənin daxil olduğu ilk təşkilatdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi