xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

XİN rəsmisi Nyu-York merinin bəyanatına cavab verdi

25-04-2026, 15:06 8 dəfə baxılıb

XİN rəsmisi Nyu-York merinin bəyanatına cavab verdi


Xarici İşlər Nazirliyi Nyu-York meri Zohran Mamdaninin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatına reaksiya verib.

“Bu barədə XİN sözçüsü Ayxan Hacızadə “X” hesabında paylaşım edib.

O, qeyd edib ki, Mamdani və digər ictimai fiqurlar məsuliyyətli davranmalı, dezinformasiya yaymaqdan çəkinməli və siyasi motivli, tarixi baxımdan yanlış bəyanatlarla parçalanmanı dərinləşdirmək əvəzinə barışığa töhfə verməlidirlər:

“Sizin vəziyyəti daha da gərginləşdirən bəyanatınızı rədd edirik. Bu cür fikirlər regionun tarixi və reallıqları barədə anlayışın yetərsiz olduğunu göstərir və siyasi məqsədlər naminə həqiqətləri təhrif edir.

2020-ci ildə Azərbaycan beynəlxalq səviyyədə tanınmış suveren əraziləri daxilində, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə hərəkət edib.

2023-cü ildə həyata keçirilən antiterror tədbirləri üç onillik qanunsuz işğaldan sonra Azərbaycanın konstitusiya quruluşunun bərpasına gətirib çıxarmışdır. “Qovulma” iddiaları erməni sakinlərə yenidən inteqrasiya, tam bərabər hüquqlar və təhlükəsizlik təminatlarının təqdim edildiyi faktını görməzlikdən gəlir.

Xüsusilə narahatedici hal odur ki, seçilmiş bir vəzifəli şəxs işğal dövründə yüz minlərlə azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmə və qətliamları, eləcə də mədəni və dini irsin məhv edilməsini görməzlikdən gələrək birtərəfli yanaşmaları təşviq edir.

Bu cür məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir və dərhal geri götürülməlidir”.

Xatırladaq ki, mer Mamdani “X” hesabında 1915-ci il hadisələrini “soyqırımı” kimi xarakterizə etməklə yanaşı, Azərbaycanın öz suveren ərazilərini azad etməsini “ermənilərin qovulması” kimi qələmə verərək birtərəfli ittihamlar səsləndirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
 Valyuta məzənnəsi