xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Paşinyanın 7 rayonun qaytarılması ilə bağlı açıqlamasında MƏQSƏDİ NƏ İDİ?

31-01-2020, 16:11 83 dəfə baxılıb

Paşinyanın 7 rayonun qaytarılması ilə bağlı açıqlamasında MƏQSƏDİ NƏ İDİ?


Ermənistanın Baş naziri Nikol Paşinyan son müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı açıqlama verdi. Nikol Paşinyan keçmiş prezident Serj Sərkisyanın 7 rayonun Azərbaycana geri qaytarmağı müzakirə etdiyini açıqlaması ilə iki məqsəd güdüb.

Bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində əks olunub. Təhlildə Paşinyanın açıqlamasının iki məqsədi olduğu qeyd olunub:

“Birinci məqsəd odur ki, Paşinyan guya sirrin üstünü açaraq ermənilərə bəyan edir ki, keçmiş hakimiyyət “Qarabağı satmağa hazırlaşırdı”. Ermənistanın baş naziri bu yolla erməni cəmiyyətinin gözündə əsas rəqibi olan Qarabağ klanının mövqelərini zəiflətməyə çalışır.

Paşinyanın ikinci məqsədi isə erməni cəmiyyətinə göstərməkdir ki, o, Azərbaycan torpaqlarını boşaltmaq variantını qəbul etməsə də, mərhələli həll planı müzakirə olunur.

Paşinyan bu açıqlamanı verdikdən sonra yenə Dağlıq Qarabağa gəldi. Paşinyan Dağlıq Qarabağda hərbçilər üçün tikilən evlərin açılışında iştirak etdi. O, tez-tez Dağlıq Qarabağa gəlməklə göstərmək istəyir ki, separatçıların razılığı olmadan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmayacaq. Paşinyanın bu siyasəti bölgədə müharibə riskini artırır. Məsələn, Dağlıq Qarabağın təmsilçiləri deyirlər ki, Azərbaycan müharibəyə hazırlaşır. Bu, həqiqətən belədir. Əgər danışıqlarda müsbət nəticə yoxdursa və separatçılar Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmaq istəmirlərsə, bölgədə müharibə riski azalmayacaq”.

Qeyd edək ki, Nikol Paşinyan bir neçə gün öncə Qafanda keçirdiyi mətbuat konfransında Qarabağ danışıqları ilə bağlı “Sərkisyandan ona qalan mirasın” detallarını açıqlamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi