xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Prezident qazaxıstanlı nazirləri qəbul etdi

8-04-2026, 11:36 8 dəfə baxılıb

Prezident qazaxıstanlı nazirləri qəbul etdi


Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul edib.

İlham Əliyev Azərbaycan-Qazaxıstan ikitərəfli əlaqələrinin əməkdaşlıq və qardaşlıq ruhunda inkişaf etdiyini məmnunluqla vurğulayaraq, dövlət başçılarının qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılmış müzakirələrin, qəbul olunmuş qərarların, həmçinin Azərbaycandan Qazaxıstana, Qazaxıstandan isə ölkəmizə müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin səfərlərinin xalqlarımızı və ölkələrimizi daha da yaxınlaşdırdığını, qarşılıqlı fəaliyyətin potensialını möhkəmləndirdiyini deyib.

Dövlət başçısı birgə investisiya fondunun imkanlarından tam istifadə ediləcəyinə ümidvarlığını bildirdi, bir neçə layihənin artıq işlənmə mərhələsində olduğunu vurğuladı və Azərbaycanla Qazaxıstanın üçüncü ölkələrə birgə investisiya yatırmaq potensialına toxundu.

Prezident Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin Azərbaycana səfərinin uğurlu olacağına ümidvarlığını ifadə etdi.

Qəbula görə minnətdarlığını bildirən Qazaxıstanın xarici işlər naziri dövlətimizin başçısı ilə görüşdən şərəf hissi duyduqlarını dedi.

Yermek Koşerbayev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Kasım-Jomart Tokayevə çatdırmağı xahiş etdi.
Qonaq Qazaxıstanda Azərbaycan Prezidentinə çox böyük hörmətlə yanaşıldığını vurğuladı.

Görüşdə Azərbaycanla Qazaxıstan arasında münasibətlərin bir çox sahədə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat, logistika, investisiyalar, enerji, həmçinin yaşıl enerji və digər istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilərək, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Söhbət zamanı Orta Dəhliz, Trans-Xəzər Yaşıl Enerji Dəhlizi və fiber-optik xətti layihələrinə toxunuldu, bu çərçivədə Azərbaycanla Qazaxıstanın uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulandı.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşma prosesinin və Ermənistan ərazisindən keçəcək TRIPP layihəsinin regional əməkdaşlıq və nəqliyyat bağlantıları baxımından rolu qeyd edildi.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu tərəfdaşlığı vurğulandı və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi