xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Mark Rütte: NATO Azərbaycanla dialoqu və əməkdaşlığı dərinləşdirməyə hazırdır

27-03-2026, 11:19 5 dəfə baxılıb

Mark Rütte: NATO Azərbaycanla dialoqu və əməkdaşlığı dərinləşdirməyə hazırdır


Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması istiqamətində əldə edilən əhəmiyyətli irəliləyişi alqışlayıb.

"Report" məlumatına görə, bu barədə alyansın baş katibi Mark Rüttenin 2025-ci ilin yekunlarına dair hesabatında deyilir.

Sənəddə avqust ayında sülh sazişinin paraflanmasının münasibətlərin normallaşması və regional təhlükəsizliyin möhkəmləndirilməsi yolunda mühüm addım olduğu vurğulanır. Bu baxımdan alyans hər iki ölkə ilə dialoqu və əməkdaşlığı dərinləşdirməyə hazırdır.

"Xüsusilə regionun Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin nəticələrini öz üzərində davamlı olaraq hiss etməsini nəzərə alaraq Cənubi Qafqaz NATO-nun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir", - sənəddə qeyd olunur.

Hesabatda deyilir ki, 2025-ci il üçün Hərbi Təhsilin Təkmilləşdirilməsi Proqramı çərçivəsində Azərbaycan tərəfdaş dövlətlərlə qabaqcıl təcrübə mübadiləsini intensivləşdirib.

"Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO 16 ölkə, o cümlədən Azərbaycanla əməkdaşlıq edir.

Bundan başqa, sənəddə NATO-nun mükəmməllik mərkəzlərinin - alyansın imkanların dəstəkləmək üçün milli və çoxmillətli səviyyələrdə yaradılan təşkilatların fəaliyyətinə də diqqət ayrılıb. Bu gün 30 mükəmməllik mərkəzi NATO akkreditasiyasına malikdir, daha 5-i isə qiymətləndirmə prosesinin müxtəlif mərhələlərindədir. "NATO-nun üzvü olan bütün 32 dövlət bu ekosistemə cəlb olunub və 8 tərəfdaş ölkə də (onların sırasına Azərbaycan da daxildir) öz töhfəsini verir", - hesabatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi